SON XƏBƏRLƏR

İranın qərbə sığınmış diplomatı: diplomatların 90 faizi ölkədəki siyasi vəziyyətdən narahatdır

2021.10.20, 07:36
İranın qərbə sığınmış diplomatı: diplomatların 90 faizi ölkədəki siyasi vəziyyətdən narahatdır

Gunaz.tv

GünAzTv: İranda dinc əhaliyə, xüsusən müxaliflərə qarşı repressiyalara etiraz olaraq sentyabrın 10-da istefa verdikdən sonra Qərbə sığınan, İranın Finlandiyadakı səfirliyində çalışmış diplomat Hüseyn Əlizadə jurnalistlərə açıqlama verib.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumatına görə, artıq İrandakı “yaşıl hərəkat”a qoşulduğunu deyən Hüseyn Əlizadə İranın Xarici İşlər Nazirliyi sistemində çalışan diplomatların və digər işçilərin 90 faizinin ölkədəki siyasi vəziyyətdən narahat olduğunu bildirib: “Axı biz də insanıq, bizim də vicdanımız var. Nə biləydik ki, bir gün monqollar gəlib ölkənin heysiyyətini bu cür qarət edib yağmalayacaqlar. Açığını deyim, ölkədə baş verən cinayətlər, zülmlər və faciələrlə bağlı uşaqlarımızın bizə verdiyi sualları cavablandıra bilmirik. Hökumətin səriştəsizliyi ucbatından bu qədər məntiqdən uzaq hərəkətləri həzm etməkdə çətinlik çəkirik. Vəziyyət elə pisdir ki, artıq getdikcə ölkə parlamentinin də səsi çıxır. Bir sözlə, bu sistem çökmək ərəfəsindədir. Mən açıq şəkildə bildirirəm ki, ölkədə repressiyalara qarşı müqavimət göstərmək üçün Mirhüseyn Musəvinin göstərişi ilə yaranan ictimai şəbəkələr bu gün İranın Xarici İşlər Nazirliyində aktiv şəkildə fəaliyyət göstərir”.

Xatırladaq ki, bu ilin yanvarında İranın Norveçdəki səfirliyinin əməkdaşı da bu ölkədən siyasi sığınacaq istəmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar