İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
GünAzTv: ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona bu dəfəki səfəri əvvəlkilərdən əsaslı şəkildə fərqləndi.
Verilən bəyanatlar, cəbhə zonasına səfər, erməni tərəfinin kəskin reaksiyaları, BMT Baş Assambleyasında nəzərdə tutulan müzakirələr, müzakirələrin sonradan Azərbaycanın təşəbbüsü ilə təxirə salınması Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son duruma artıq beynəlxalq birliyin biganə qala bilmədiyindən xəbər verir. Həmsədrlərin Ermənistandan deyil, Bakıdan sonra Dağlıq Qarabağ ərazisinə getməsi məsələyə münasibətin dəyişildiyi qənaətini doğura bilər. Lakin Qarabağ ərazisində olarkən vasitəçilərin üzərinə faktiki, hücum çəkən erməni curnalistlərinin narahatlığı belə düşünməyə əsas verir ki, İrəvanda son gedişlərdən əsla məmnun deyillər. Azərbaycan isə ərazi bütövlüyü prinsipinin mütləq bərpa olunacağı barədə bəyanat verməklə ermənilərin səylərinin nəticəsiz qalacağından əmindir. Bunu Ramazan bayramı münasibətilə Qafqaz müsəlmanları idarəsinin təşkil etdiyi iftar süfrəsinə qatılan Prezident İlham Əliyev də diqqətə çatdırıb.
Müşahidəçilər etiraf edirlər ki, həmsədrlərin son səfərində səslənən bəyanatlar artıq rəsmi Bakının ədalətli tələblərini nəzərə almamağın mümkünsüzlüyünü göstərir. Azərbaycanın təşəbbüsü ilə yaradılan ATƏT-in qiymətləndirici missiyasının sentyabrın sonu-oktyabrın əvvəllərində Dağlıq Qarabağın ətrafındakı işğal altında olan rayonlarda humanitar durumu öyrənmək məqsədilə nəzərdə tutulan səfəri deyilənləri təsdiq edir. Bu, 2005-ci ildən sonra əraziyə səfər edəcək ilk beynəlxalq missiyadır. Regiona səfər ərəfəsində və səfərin yekunu olaraq həmsədrlər verdikləri bəyanatda onu da açıqladılar ki, onlar sentyabrın üçüncü ongünlüyündə Vaşinqtona, daha sonra Nyu-Yorka səfər edəcək. Məqsəd BMT Baş Assambleyasının kuluarlarında münaqişə tərəfləri ilə işi davam etdirməkdir. Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən son insidentlərə də münasibət bildirərək bu olaylara qarşı olduqlarını, səfər zamanı tərəflərlə sözügedən məsələ ətrafında müzakirələr apardıqlarını deyiblər. Yeri gəlmişkən, ATƏT-in hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də son hadisələri qətiyyətlə pislədiyini bəyan edib. Onun sözlərinə görə, istənilən atəşkəs pozuntusu konstruktiv dialoqun fəallaşdırılması imkanlarını məhdudlaşdırmaqla Minsk konfransı çərçivəsində aparılan danışıqlar prosesini pozur. Burada şübhəsiz, vasitəçi dövlətlərin ortaya qoyduqları qeyri-obyektiv mövqenin də təsiri var. Məsələn, Rusiya prezidentinin İrəvana səfəri zamanı imzalanmış hərbi müqavilə ətrafında ciddi spekulyasiyalar gedir və Ermənistan rəsmi Moskvanın onun arxasında durduğu barədə bəyanatlar verir. Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov bu cür bəyanatların səmərə verməyəcəyini bildirir.
Beləliklə, belə demək mümkünsə, Qarabağ probleminin həllində buz əriməyə başlayıb. Vasitəçilər təmas xəttində baş verənlərə obyektiv qiymət verməklə yanaşı hər şeyi öz adı ilə adlandırmaq hesabına Ermənistanın spekulyativ cəhdlərinin qarşısını alır. İşğal olunmuş rayonlara səfərlərinin sonunda mətbuata açıqlama verən fransalı həmsədr Bernar Fasye qarşı tərəfi tamamilə məyus etdi. Fasye birbaşa Bakıdan gələrək təmas xəttini keçmələrini böyük hadisə adlandırdı: “Mən artıq 6 ildir, vasitəçiyəm və həmişə bunu etmək istəmişəm. Biz artıq doqquzuncu dəfədir ki, regiona səfər edirik. Xoşbəxtlikdən bu, indi mümkün oldu”. Əslində, fransalı həmsədrin İrəvana səfər ərəfəsində belə cəsarətli bəyanat verməsi birmənalı qarşılana bilməz. Qarşı tərəfi şoka salan daha bir məqam var. Erməni curnalistin “Məlumat vardı ki, Qarabağla sərhəddə monitorinq keçiriləcək” sözlərinə Fasye “Bu, monitorinq yox, təmas xəttinin keçilməsi idi. Biz sərhədi yox, təmas xəttini keçdik. Biz göstərməliyik ki, bu, sərhəd deyil” cavabını verdi. Faktiki, vasitəçi Dağlıq Qarabağı müstəqil dövlət hesab etmədiklərini deyir, erməni curnalistlərini də təşvişə salan məhz bu faktdır. Diplomatların Ermənistan prezidenti Serc Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşlər əsnasında ortaya qoyduğu mövqe bir tərəfdən də Rusiya prezidenti Dmitri Medvedevin İrəvana səfəri ətrafında yaradılan aciotacı heçə endirib. Medvedevin Bakıya səfərindən sonra isə Rusiyanın Qarabağ məsələsində obyektiv mövqe tutacağına ümidlər böyükdür.
Atəşkəs reciminin tez-tez pozulması beynəlxalq təşkilatları da narahat edir və onlar təmas xəttində sabitliyin təmin olunmasını vacib hesab edirlər. Bununla yanaşı Avropanın nüfuzlu siyasətçiləri Dağlıq Qarbağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini və konstruktiv siyasətini dəstəklədiklərini bildirirlər. Niderland Krallığının senatı və Avropa Şurasının keçmiş prezidenti Rene Van der Linden kimi…
Avropalı ekspertlər Minsk qrupunu yeni təkliflərlə çıxış etməyə çağırıb və bildirib ki, Qarabağ problemi həll olunmayınca, regionda böyük layihələri həyata keçirmək də mümkün olmayacaq. Aydın görünür ki, Qərb Rusiyanın Ermənistanla imzaladığı hərbi əməkdaşlıq müqaviləsindən narahatdır və ona görə də Qarabağ münaqişəsinin tezliklə həllinə çağırışlar edir. ABŞ-ın dövlət katibi Hillari Klintonun uzun fasilədən sonra yenidən Rusiyanın əleyhinə bəyanat verməsi, üstəlik BMT Baş Assambleyasında Gürcüstanla bağlı qəbul edilən qətnamə faktiki, Moskvaya xəbərdarlıq sayıla bilər. Şübhəsiz, Qərbdə Cənubi Qafqazın Rusiyanın tam nəzarəti altına verilməsinin ciddi fəsadlar doğuracağını başa düşürlər. Rusiya-Ermənistan əməkdaşlığı hazırda ancaq İrəvanın maraqlarına xidmət edir. Üstəlik, Ermənistanda sentyabrın 10-dan başlanan NATO-nun hərbi təlimlərindən sui-istifadə cəhdləri nəzərə çarpır. Belə ki, qarşı tərəf «Armeniya-2010» adı altında gerçəkləşən və fövqəladə halların aradan qaldırılması mövzusunda olan bu təlimləri İrəvanda az qala Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Qərbin Ankaraya təzyiqi kimi qələmə verirlər. Ancaq sözügedən cəhdlərin səmərə verəcəyi inandırıcı görünmür. Çünki erməni ordusunda tüğyan edən anarxiya NATO ekspertlərinin də diqqətindən yayınmaz. Ararat vilayətində yerləşən hərbi hissələrin birində müqavilə əsaında xidmət keçən hərbçilərin silahlarını ataraq komandanlığın əmrlərini yerinə yetirməkdən imtinası Ermənistan silahlı qüvvələri sırasında qanun pozuntuları hallarının mütəmadi xarakter aldığının göstəricisidir. Bu faktları nəzərə alsaq, Rusiya ilə hərbi əməkdaşlığın və Türkiyə ilə sərhədlərin açılacağına dair bəyanatların erməni ordusunda baş verən biabırçı faktları ort-basdır etməyə, Sarkisyan iqtidarına isə Qarabağ danışıqlarında əvvəlkitək destrukiv siyasət yürütməyə imkan verməyəcəyini qətiyyətlə söyləmək olar.
«1-ci kanal»ın Analitik Qrupu
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır