SON XƏBƏRLƏR

“Traxtur” yarışında: "Azərbaycan bəsimdi – GünAzTv səsimdir"

2021.10.20, 07:36
“Traxtur” yarışında: "Azərbaycan bəsimdi – GünAzTv səsimdir"

Gunaz.tv

GünAzTv: Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur”-la “Zob ahən” arasında keçirilən müsabiqə zamanı, tamaşaçılar keçmişdəki kimi milli şüarlar səsləndiriblər.

 

Soydaşlarımız bir daha “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan yurdumuz – "Traxtur" bozqurdumuz” kimi şüarlarla, stadyomu milli hüquqların tələbi səhnəsinə çevirə biliblər.

 

Digər əsas şüarlardan biri isə “Azərbaycan Bəsimdir – GünAzTv səsimdir” olubdur. Beləki komanda tərəfdarları stadyomu tərk edərkən qeyd etdiyimiz şüarı yekdilliklə səsləndiriblər. Bu barərə “Güney Azərbaycan Portalı” saytı məlumat yayıb.

 

Soydaşlarımız arasında getdikcə milli şüarların artması, millətimiz arasında milli şüurun yetəri qədər yüksəlməsi və milli hərəkatın get-gedə əhatəsinin genişlənməsinə işarədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar