SON XƏBƏRLƏR

Türkiyədə “EVET” – “HAYIR” günüdür

2021.10.20, 07:36
Türkiyədə “EVET” – “HAYIR” günüdür

Gunaz.tv

GünAzTv: Səsvermədən “hə” cavabı çıxsa, ölkənin məhkəmə və ədliyyə sistemi AKP-nin nəzarətinə keçəcək.

Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən konstitusiyaya təklif edilən düzəlişlər paketinə dair referendum olacaq. GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Paketdə 20-dən çox maddəyə müxtəlif xarakterli düzəlişlər yer alır. Lakin əsas diqqət Konstitusiya Məhkəməsinin, Hakimlər və Prokurorlar Yüksək Şurasının üzvlərinin təyin edilməsi qaydalarının dəyişdirilməsi, habelə məhkəmə və ədliyyə sisteminə dair digər düzəlişlər üzərində cəmlənib.

Türkiyə müxalifəti, müstəqil təhlilçilər əvvəldən belə hesab edir ki, sözügedən düzəlişlər AKP-nin ölkənin məhkəmə və ədliyyə sistemini nəzarət alına almaq, orada öz kadrlarını yerləşdirmək və müstəqil qərarlar çıxarılması imkanlarını məhdudlaşdırmaq məqsədinə xidmət edir. Ana müxalifət partiyası CXP düzəlişlərin ləğvi üçün Konstitusiya Məhkəməsində iddia qaldırıb, yüksək məhkəmə paketdə bəzi redaktələr etsə də onu qüvvədə saxlayıb və referenduma çıxarılmasına yaşıl işıq yandırıb.İki aya yaxındır ki, davam edən təbliğat kampaniyası isə siyasi liderlər arasında olduqca sərt keçən polemikalarla müşayiət olunurdu. Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkənin hər yerində mitinqlər təşkil edərək seçiciləri paketə “hə” deməyə çağırıb. Mitinqlərdə çığırmaqdan səsi batan Ərdoğanın sözlərinə görə, bu düzəlişlər Türkiyənin daha demokratik olmasına gətirib çıxaracaq.Lakin müxalifət hesab edir ki, bu paket ölkədə avtoritarizmə və məhkəmə sisteminin siyasiləşərək AKP-nin əlinə keçməsinə gətirib çıxaracaq. Bu səbəbdən CXP lideri Kamal Kılıcdaroğlu və MHP lideri Dövlət Baxçalı mitinqlərdə seçiciləri paketə “yox” deməyə çağırıblar. Parlamentdə təmsil olunan PKK yönümlü kürd partiyası BDP isə tərəfdarlarını səsverməni boykot etməyə səsləyib. Səsvermənin nəticələrinin necə olacağına dair təxminlər birmənalı deyil. Ərdoğan təbliğat kampaniyasının sonunda telekanallara müsahibəsində deyib ki, onun fikrincə, səsvermədən “hə” çıxacaq. Lakin baş nazir hesab edir ki, paket səsvermədən keçməsə, Türkiyə bunun mənfi nəticələrini hiss edəcək. Müşahidəçilərə görə, referendum təkcə düzəlişlərin qəbul edilməsi baxımından deyil, siyasi cəhətdən də Ərdoğan, eləcə də Türkiyə dövləti üçün kritik əhəmiyyət kəsb edir. Əgər paket qəbul edilsə, o zaman Ərdoğanın partiyası növbəti parlament seçkilərində yenidən qalib gəlmək şansı qazana bilər. AKP-nin səsverməni uduzacağı təqdirdə isə bu müxalifətin güclənməsinə gətirib çıxarar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar