SON XƏBƏRLƏR

BMT Kosovonun müstəqilliyini təsdiq etdi

2021.10.20, 07:36
BMT Kosovonun müstəqilliyini təsdiq etdi

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) BMT-dəki nümayəndəsinin müavini Rosemari Di Karlo isə sessiyada qəbul edilən qərarın Kosovaya aid olduğunu və başqa ölkələr üçün presedent yaratmayacağını bildirib.

BMT Kosovonun müstəqilliyini qəbul edən Beynəlxalq Ədalət Məhkəməsinin qərarını təsdiqləyib.

Serbiyanın müraciəti əsasında keçirilən müzakirələr 2,5 saat gecikmə ilə başlayıb. Buna Serbiyanın BMT sessiyasında Kosovo nümayəndəsinin iştirakına etiraz etməsi səbəb olub.

Müzakirələr başladığı zamansa 192 üzvü olan BMT-yə Serbiyanın təqdim etdiyi qətnamə layihəsi ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyi ölkələri tərəfindən qəbuledilməz sayılıb.

Qətnamə Kosovonun müstəqilliyinin tanınmasını nəzərdə tutan sənəd halına gətirilib və açıq səsvermə ilə qəbul edilib.

Beləliklə, iyulun 22-də Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun təktərəfli qaydada müstəqilliyinin tanınması ilə bağlı qərarı təsdiqlənib.

Sessiyada Serbiyanı təmsil edən xarici işlər naziri Vuk Jeremiç ölkəsinin Kosovonun müstəqilliyini heç bir zaman tanımayacağını söyləyib.

ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Rosemari Di Karlo isə sessiyada qəbul edilən qərarın Kosovaya aid olduğunu və başqa ölkələr üçün presedent yaratmayacağını bildirib. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar