SON XƏBƏRLƏR

Ermənistanda NATO təlimləri başladı

2021.10.20, 07:36
Ermənistanda NATO təlimləri başladı

Gunaz.tv

GünAzTv: Bu gün Ermənistanda NATO-nun fövqəladə vəziyyətlər üzrə təlimləri başlayıb.

Təlimlərin ssenarisinə əsasən Şimali Atlantika Alyansına üzv ölkələr güclü zəlzələdən əziyyət çəkən Ermənistana yardım edəcək. Yardımlar əsasən hərbi xəstəxanaların göndərilməsindən ibarətdir.GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Təlim sentyabrın 17-dək davam edəcək və 3 mərhələdə keçiriləcək. Ermənistanın Fövqəladə Hallar Nazirliyindən "İnterfaks"a bildiriblər ki, təlimdə 28 ölkə və 5 beynəlxalq təşkilatdan 333 ekspert və müşahidəçi, həmçinin Ermənistanın 373 nümayəndəsi iştirak edəcək.Qeyd edək ki, təlimlər ərəfəsində Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi gündəmə gəlsə də, rəsmi Ankara bundan imtina edərək, zəruri avadanlığı təyyarələrlə göndərmək qərarına gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar