SON XƏBƏRLƏR

Qırğızıstan Manas hərbi bazasını daha bir illiyə Amerikaya verdi

2021.10.20, 07:36
Qırğızıstan Manas hərbi bazasını daha bir illiyə Amerikaya verdi

Gunaz.tv

GünAzTv: Qırğızıstanın Manas hərbi bazasını icarəsi haqqında ABŞ-la (Amerika Birləşmiş Ştatları) əldə olunan razılaşmanın müddəti 1 il uzaldılıb. Bu barədə ABŞ Dövlət departamentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, razılaşma bu ilin iyulunda əldə olunsa da, nə  rəsmi Vaşinqton, nə də Bişkək bu barədə açıqlama verməyib. Dövlət departamenti bildirib ki, 2009-cu ildə ABŞ-la Qırğızıstan arasında aviabazanın icarəsi barədə imzalanan və 5 illiyə nəzərdə tutulan razılaşmanın müddəti  hər il uzaldılmalıdır. Bazanın illik icarə qiyməti isə 60 milyon dollara razılaşdırılıb.

 

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən Manas avia bazası  Bişkek beynəlxalq hava limanının ərazisində yerləşir.  Baza Əfqanıstanda əməliyyatların keçirilməsində Amerika hərbi qüvvələri üçün yükboşaltma məntəqəsi kimi istifadə olunur. itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar