SON XƏBƏRLƏR

11 sentyabr terrorundan 9 il ötdü

2021.10.20, 07:36
11 sentyabr terrorundan 9 il ötdü

Gunaz.tv

GünAzTv: 2001-ci il sentyabr ayının 11-də Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə «American Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı. Sonra isə Cənub qülləsi buna bənzər hücuma məruz qaldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ (Amerika Birləşmiş Ştatları)Müdafiə Nazirliyinin binası - Pentaqon da intihar təyyarəsi tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. Bu hadisələr nəticəsində 3 minə yaxın insan həlak olub. Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar