SON XƏBƏRLƏR

Ermənistandan İrana yüksək rütbəli nümayəndələr ardıcıl səfər edəcəklər

2021.10.20, 07:36
Ermənistandan İrana yüksək rütbəli nümayəndələr ardıcıl səfər edəcəklər

Gunaz.tv

GünAzTv: Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan İrana səfər edəcək. Nalbəndyanın səfərindən sonra isə Ermənistandan İrana yüksək rütbəli nümayəndələrin də səfər edəcəyini bildirib.

Yaxın 10 gün ərzində Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan İrana səfər edəcək. Bu barədə “Fars” agentliyinə Ermənistanın Tehrandakı səfirliyi məlumat verib. Bildirilir ki, səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq problemlərə dair danışıqlar aparılacaq. Mənbə Nalbəndyanın səfərindən sonra Ermənistandan İrana yüksək rütbəli nümayəndələrin də səfər edəcəyini bildirib. Ehtimal olunur ki, söhbət prezident Serj Sərkisyanın səfərindən gedir. İran diplomatik qaynaqları isə xəbər verir ki, Nalbəndyanın səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr gözlənilir.

Tehran münaqişənin nizamlanmasında vasitəçiliyini təklif edib. Azərbaycan tərəfi artıq bildirib ki, İranın köməyindən istifadə etməyə hazırdır. Lakin Ermənistan nizamlama prosesi ilə Minsk Qrupunun məşğul olduğunu bildirərək Tehranın vasitəçilik missiyasına razılıq verməyib. Məlumatlara görə, İranın münaqişə ilə bağlı müəyyən təklifləri var, Tehran onları Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli formatda müzakirə etmək istəyir. Ötən həftə İran xarici işlər naziri Manuçöhr Möttəki Ermənistan KİV-lərinə müsahibəsində deyib ki, onun ölkəsi regiondan kənar qüvvələrin Qarabağ məsələsinə qarışmasının əleyhinədir. Möttəkiyə görə problemi region ölkələri öz aralarında həll edə  bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar