SON XƏBƏRLƏR

“Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”

2021.10.20, 07:36
“Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”

Gunaz.tv

GünAzTv: Bu gün 2010-cu il sentyabr ayının 10-da (şəhrivərin 19-u) Təbrizin səhənd stadyomunda (stadion)  keçirilən futbol müsabiqəsi zamanı yenədə soydaşlarımız tərəfindən milli şüarlar səsləndirilib.

 

Soydaşlarımız “Traxtur-Zob ahən” müsabiqəsini izləmək üçün Azərbaycanın müxtəlif şəhərlərindən Təbrizə üz tutub, müsabiqənin başlanmasına bir neçə saat qalmış Stadyomun (stadion) qarşısında hazır olublar.

 

80000 nəfərə qədər təxmin edilən tamaşaçı Yarış ərəfəsində “Yaşasın Azərbaycan”,”Türk dilində mədrəsə - Olmaldır hər kəsə” kimi milli şüarlar səsləndirib və həmişəki kimi zalda (salon) xüsusi ab-hava yaradıblar.

 

Məlumatı yaydığımız dəqiqələrə qədər Bu müsabiqənin nisbətən sakit keçirildiyi barədə xəbərlər yayılıb.

 

Digər xəbərlərin olduğu halda diqqətinizə çatdırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar