SON XƏBƏRLƏR

Fidel Kastro da Sosializm modelinin köhnəldiyini etiraf etdi

2021.10.20, 07:36
Fidel Kastro da Sosializm modelinin köhnəldiyini etiraf etdi

Gunaz.tv

GünAzTv: 1959-cu ildə Kubada inqilab yolu ilə hakimiyyətə gələn Fidel Kastro ölkəsindəki iqtisadiyyat modelinin geridə qaldığını etiraf edib. Kastro sosializm ixracı niyyətlərinin də artıq xəyal olduğunu deyib: “Bizim ölkəmizdə neçə ildir ki, mövcud olan model artıq işləmək qabiliyyətini itirmək üzrədir. Düşünürəm ki, yeniliklər etmək lazım olacaq”. Bu barədə Lent.az ABŞ-ın (Amerika Birləşmiş Ştatları) “The Atlantic” jurnalına istinadən xəbər yayıb.Səhhəti ilə əlaqədar 2006-cı ildə vəzifəsini kiçik qardaşı Raul Kastroya təhvil verən Fidel ilk dəfədir ki, belə fikirlər səsləndirir. Raul Kastro isə dəfələrlə Kubadakı iqtisadiyyat modelinin köhnəldiyini söyləmişdi.Qeyd edək ki, Kuba iqtisadiyyatının 90 faizi dövlətin əlində cəmləşib. Ada ölkəsində səhiyyə, təhsil və ictimai nəqliyyat tamamilə pulsuzdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar