İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
GünAzTv: Qardaş ölkə dönüş nöqtəsindədir. 12 sentyabr referendumu - dəyişikliklər və yeni hədəflərin müəyyənləşməsi deməkdir.
Türkiyə tarixi seçim qarşısındadır. Ölkənin əhəmiyyətli strateji qurumlarına səkkiz ildir iqtidarda olan Ədalət və Inkişaf Partiyasının rəhbərliyində təmsil olunan şəxslər başçılıq edir. Silahlı Qüvvələr, təhsil sistemi, media və digər sahələrdə istədiklərini əldə ediblər. Hakim partiya solçu və liberal təbliğat heyətilə güclü referendum kampaniyasına start verdi.
Baş nazir Təcəb Tayyib Ərdoğanın, eləcə də Ədalət və Inkişaf Partiyasının gələcəyi baxımından 12 sentyabr referendumu dönüş nöqtəsi olacaq. Əgər bu referendumda dəyişikliklərə “hə” cavabı daha çox olarsa, növbəti hədəfin növbəti ildə keçiriləcək parlament seçkiləri, yeni Konstitusiya, baş nazirlik və prezident seçkiləri olacağı şübhəsizdir.
Baş nazir seçicilərin sadəcə, verilən suala cavab verməsini istəyir. Ərdoğan referendumla 2011-ci ilin iyulunda keçiriləcək parlament seçkiləri arasında hər hansı əlaqə qurulmamasını təklif edir. Ölkə müxalifətinin iki böyük partiyası - Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası isə bunun əksinin baş verməsinə çalışır. Yəni, referendum həm də iqtidar partiyasına inamın göstəricisi kimi dəyərləndirilməlidir. Belə olan halda, referendumun nəticələri ilə parlament seçkilərinin əlaqələndirilməsi baş verəcək.
Ədalət və Inkişaf Partiyasının 2002-ci ildə iqtidara gəlişi fövqəladə proseslər nəticəsində mümkün olmuşdu. Iqtidarda olan qruplar özləri özlərini sıradan çıxarmışdılar. Rüşvət hallarıyla bağlı dolaşan dedi-qodular o həddə çatmışdı ki, nəticədə 2002-ci ildən əvvəl hakimiyyətdə olmuş koalisiya kabinetinin aparıcı siyasi xadimləri Ali Məhkəmə qarşısına çıxmalı oldular. Məhz rüşvət və korrupsiya fırtınası Ədalət və Inkişaf Partiyasının 35 faiz səs alaraq, təkbaşına iqtidara yiyələnməsinə şərait yaratdı. Onların da 2002-ci ildə başlanan hakimiyyəti nəticəsində əvvəlcə bütün əhəmiyyətli dövlət postlarına partiya üzvləri və iqtidara yaxınlığı ilə seçilən şəxslər gətirildi. Bundan başqa, media sahəsində monopoliya aradan qaldırıldı. Mətbuatın yarısı, hətta daha çoxu iqtidara yaxın qurum və şəxslərlə formalaşdırıldı. Medianın diqqətdən kənarda qalan liberal və solçu simaları önə çıxarıldı. Türkiyə həmin qələm sahiblərinin iqtidarı müdafiə edən yazılarının şahidi oldu.
Iqtisadi baxımdan Türkiyə 2008-ci il maliyyə böhranından məhdud sıxıntılarla yayına bildi. Bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, orada maliyyə qurumlarının iflası baş vermədi. 2000-2001-ci illərdə baş vermiş daxili böhrandan sonra maliyyə sisteminin yenidən formalaşdırılması amili də bunda mühüm rol oynadı.
Xarici siyasət hakim partiyaya ən çox nüfuz gətirən sahə oldu. Baş nazir Rəcəb Tayyib Ərdoğan dünyada baş verən mühüm proseslərdə söz sahibinə çevrildi. Avropa Birliyi ilə münasibətlər bir o qədər isti olmasa da, Fransa və Almaniya ilə əlaqələr istənilən səviyyədə deyilsə də, xüsusən Yaxın Şərq və ərəb ölkələri üzərində Türkiyənin nüfuzunun artması göz önündədir.
2002-ci ildən əvvəlki koalisiya hökumətinin buraxdığı səhvlər, həmçinin Ədalət və Inkişaf Partiyasının xüsusilə səhiyyə sahəsinə diqqət yetirməsi, yoxsullara yardım məsələsində fəallıq göstərməsi bu partiyanın 2007-ci il seçkilərində səs faizini 47-yə çatdırmasına səbəb oldu.
Müxalifət iqtidarla mübarizədə nələri unutmamalıdır?
Dəniz Baykal və Onur Öymənin rəhbərliyi altındakı Cümhuriyyət Xalq Partiyası Türkiyə siyasi tarixi baxımından dəbdən düşmüş bir müxalifət modeli tətbiq edirdi. Bu partiya üçüncü Fransa respublikası zamanı (1875-1914-ci illər) meydanda olmuş müxalif Radikal partiyanın eynən özü idi. XXI əsrdə isə dünyada qloballaşma yaşanır, millətlər kəskin iqtisadi rəqabətə qədəm qoyur və xalq gündəlik çörəkpulunun necə qazanılması barədə düşünürdü. Lakin müxalifətdəki Cümhuriyyət Xalq Partiyası bunu anlamadı və ya anlamaq istəmədi.
Partiya öz lideri Kamal Kılıçdaroğlu ilə yeni qaydada çağdaş müxalifət mövqeyi sərgiləməyə başladı. Kılıçdaroğlu Ərdoğan kimi xarizmatik deyil, təcrübəsi də baş nazirlə müqayisə oluna bilməz. Amma tutduğu xətt doğrudur.
Dövlət Baxçalının rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyası iqtidarın zəif nöqtəsi olan etniklərlə bağlı siyasətdəki boşluğu tuta bildi. Etnik problemlərlə bağlı bir doğru, bir yanlış yanaşma var.
Yanlış yanaşmaya misal olaraq, Belçika modelini göstərmək olar. Etnik azlıqlara yanaşma məsələsində milli mənsubiyyətə kökləndikcə çıxılmaz vəziyyət yaranır. Ölkənin bölünmə təhlükəsi meydana çıxır. Fərqli dil, ayrı məktəb, başqa dildə media məsələsinə gəldikdə isə, problemlər daha da dərinləşir. Bu gün Belçika belə vəziyyətdən çıxış yolu tapa bilmir. Halbuki hər irqdən, hər dindən, hər milli və etnik kökdən olan 300 milyon insan Amerika modelilə xoşbəxt yaşayır. Çünki onları bir araya gətirən amil “Amerika röyası” - ABŞ-da çalışan hər kəsin çörəkpulu qazanması, zəngin olması və hətta Ağ ev rəhbəri postuna seçilmək imkanının mövcudluğudur.
Etnik yanaşmada “Türkiyə röyası” modelinin əvəzinə, milli mənsubiyyətin xüsusi qabardıldığı “Türkiyəlilik” variantının ortaya atılması, əslində, iqtidarda olan Ədalət və Inkişaf Partiyasına qurulmuş tələ oldu. Milliyyətçi Hərəkat Partiyası da məhz bu boşluqdan istifadə etməklə hökuməti məyus edir. Ciddi dövlət adamı olan Dövlət Baxçalı yalnız iqtidarın etnik yanaşma siyasətini tənqid etməklə kifayətlənməməlidir. Eyni zamanda qloballaşmanı və Avropanı başa düşən, eyni zamanda həssas iqtisadi probemləri qaldıra biləcək müxalifət mövqeyi sərgiləməlidir. Azadlıq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır