İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
GünAzTv: “Münaqişə bölgəsində atəşkəs son aylar niyə tez-tez pozulur” – bu Azərbaycan və Ermənistan ictimaiyyətinin, o cümlədən Cənubi Qafqazdakı prosesləri diqqətlə izləyən beynəlxalq təşkilatların cavabını axtardığı ən aktual suala çevrilib. Təsadüfi halları çıxmaq şərtilə atəşkəsin pozulması müəyyən qanunauyğunluğa tabedir.
Psixoloji silah aləti
İyun ayının əvvəllərində Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü oldu. Müzakirələr nəticəsiz qaldı. Prezidentlər bu görüşdən elə yenicə ayrılmışdılar ki, cəbhə bölgəsində toqquşma baş verdi və hər iki tərəf itkilərə məruz qaldı. Və ya Rusiya prezidentinin Bakıya səfərindən öncə, avqustun 31-də cəbhə bölgəsində atəşkəs pozuldu, yenə itkilər qeydə alındı. Və növbəti itkilərlə müşahidə olunan sonuncu atəşkəs pozuntusu da Medvedevin adı ilə bağlı oldu. Rusiya prezidenti Bakını tərk etməyə hazırlaşırdı ki, cəbhə bölgəsindən toqquşma xəbəri gəldi. Hər iki tərəfdən yenə itkilər var idi.
Bütün bunlar ondan xəbər verir ki, cəbhə bölgəsində bir çox hallarda atəşkəsin pozulması geosiyasi iradə nümayişi ilə bağlıdır. Atəşkəsin pozulması faktiki psixoloji silah alətinə çevrilib. Tərəflərdən biri, gah da o birisi qarşı tərəfə bəzən gücünü, bəzən də siyasi iradəsini nümayiş etdirməyə çalışır. Əslində bu normal bir prosesdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş yoxdursa, demək tərəflər daima alternativ yollara baş vuracaqlar. Atəşkəsin mütəmadi və ya fasilələrlə pozulması bu alternativ yollardan biridir.
Atəşkəsin pozulması hallarının birində Dağlıq Qarabağ separatçıları 4 əsgərini itirdi. Bu separatçılara işarə idi ki, əgər “müstəqillik” tələblərindən geri çəkilməsələr, problemləri daha da artacaq. Görünür, separatçıların üzləşdiyi son itki yerli əhalinin gələcəkləri üçün təşviş hissini artırdı ki, Ermənistan prezidenti Serj Sarkisyan dərhal Xankəndinə yollandı, hərbi hospitaldakı yaralıları ziyarət etdi. Səfərdə məqsəd əhalinin təşvişinin qarşısını almaq idi. Bunun əvəzinə separatçılar qətlə yetirdikləri Azərbaycan zabitini artıq neçə aydır geri qaytarmaqdan imtina edirlər. Son toqquşmada həlak olan daha bir Azərbaycan zabitinin meyiti də separatçıların əlinə keçib. Onların şəkillərini internet şəbəkəsində yayan separatçıların zabitlərimizin meyitlərini geri qaytarmaması da psixoloji savaşın tərkib hissəsidir. Böyük ehtimalla separatçılar bununla Azərbaycanın güc nümayişindən və diplomatik təzyiqlərindən çəkinmədiklərini sübut etməyə çalışırlar.
Sərhəddə 6 ATƏT nümayəndəsi azdır, bəs necə olmalıdır?
Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması ilə müşahidə olunan psixoloji savaş davam edərkən, vasitəçilər, bölgədə marağı olan dövlətlər və beynəlxalq təşkilatlar narahat olmağa başlayıblar. Cəbhədə atəşkəsin son pozulması faktının qeydə alınması ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanaunun və Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi Piter Semnebinin səfəri bir oldu.
Piter Semnebi narahatlığını konkret izahla ortaya qoydu. Avropa Birliyinin təmsilçisi “Reuters” agentliyinə müsahibəsində cəbhə bölgəsində atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması üçün orada daha çox beynəlxalq müşahidəçilərin yerləşdirilməsi zərurətini vurğuladı. O, sərhəd bölgəsində monitorinqlə məşğul olan 6 ATƏT nümayəndəsinin az olduğunu bildirdi.
Bölgədə vəziyyətin nəzarətdən çıxa biləcəyini deyən Semnebi hər iki tərəfdən olan əsgərlərin əsəblərinin tarıma çəkildiyini misal çəkdi.
Piter Semnebi sonrakı cümləsində narahatlığının əsas səbəbini də izah etdi: “Dağlıq Qarabağda atəşkəsin pozulması enerji resurslarının mərkəzi olan bölgəni nəzarətdən çıxara bilər. Azərbaycanda British Petrolium, Exxon Mobil və Chevron kimi nəhəng şirkətlərinin fəaliyyətini nəzərə alaraq Azərbaycandan Qərbə enerji ixracatına təsir edə bilər”.
Buna qədər heç vaxt konkret danışmayan Piter Semnebi bu qısa müsahibəsində hər şeyin adını olduğu kimi tələffüz edib. Ən maraqlısı odur ki, Avropa Birliyi təmsilçisi keçmiş vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı jurnalistlərin suallarına cavab verdikdə topu ATƏT-in üzərinə atırdı. Yəni problemin həlli ilə ATƏT məşğuldur, onlardan da soruşun. İndi isə Semnebi ATƏT-dən şikayətçi olduğunu belə gizlətmir.
Semnebinin dediyi kimi, sərhəddə monitorinq aparan 6 ATƏT nümayəndəsi əlbəttə azdır. Cəbhə bölgəsində üz-üzə qalan əsgər və zabitlərin əsəblərinin dəmirdən olmadığı da doğru qeyddir. Və ən başlıcası bölgədə genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, enerji resurslarının ixracında bəlli problemlərin yaranacağı fikrində də Semnebi haqlıdır. Başqa cür ola da bilməz. Qərbi neft və qazın fasiləsiz dünya bazarlarına daşınması daha çox narahat edir.
Ancaq atəşkəsin pozulması hallarının artmasından xeyli narahat görünən Semnebi müsahibəsinin heç bir yerində “münaqişənin qısa müddətdə sülh yoluyla həll etmək üçün bütün imkanlar səfərbər olunmalıdır” kimi bir cümlə də işlətməyib. Məsələ burasındadır ki, münaqişənin həllinə yaxınlaşmadan tərəflər nə atəşkəsə riayət edəcəklər, nə də bölgədə gərginliyin azalması ilə enerji resurslarının ixracatının təhlükəsizliyindən danışmaq mümkün olacaq.
Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır