SON XƏBƏRLƏR

Bir neçə azərbaycanlı fəalın təhsilinin dəvamına qadağa qoyulub

2021.10.20, 07:36
Bir neçə azərbaycanlı fəalın təhsilinin dəvamına qadağa qoyulub

Gunaz.tv

GünAzTv: İran rejiminin qərəzli siyasəti nəticəsində Güney Azərbaycanda bir neçə azərbaycanlı fəal öz təhsillərini universitetdə dəvam etdirə bilməyəcəklər.

 

Tanınmış milli-mədəni fəallar Siyamək Mirzayi və Hafiz Sərdarpur İmtahanda yüksək bal toplasalarda, onlar Bakalavr(Lisans)-Maqistr(Foq lisans) pilləsində öz təhsillərini dayandırmalı olacaqlar.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar müxtəlif səlahiyyətli orqanlara müraciət etsələrə heç bir uğur əldə edilməyib. Onlara deyilib ki, sizin siyasi probleminiz var və məhz buna görə də universitetə buraxılmayacaqsınız.

 

Həmçinin Sima Didar, Hacər Kəbiri və Məcid Makuyizad da analoji vəziyyətlə qarşılaşıb və İran universitetlərində onların təhsilinin dəvamına qadağa qoyulub.

 

Xatırladaq ki, keçmiş illərdə də milli hüquqlar zəminində dinc fəaliyyət göstərən onlarca Güney Azərbaycanlı təhsildən məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar