SON XƏBƏRLƏR

Vatikan Səkinə Aştiyani barədə Bəyanat verib

2021.10.20, 07:36
Vatikan Səkinə Aştiyani barədə Bəyanat verib

Gunaz.tv

GünAzTv: Roma Katolik Kilsəsi bəyan edib ki, İranda nigahdankənar cinsi əlaqə ittihamı ilə ölümə məhkum edilmiş qadının xilası üçün lazım gələrsə, diplomatik vasitələrə əl atacaq.

Vatikanın bu barədə xüsusi bəyanatında bildirlir ki, daşqalaq edilərək edam edilmək ölüm cəzasının ən qəddar növüdür.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Səkinə Məhəmməd Aştianinin işi dünyanın diqqətini ilk dəfə bu ilin əvvəllərində cəlb edib.

İrandan yayılan məlumatlarda bildirilirdi ki, o, evli olduğu halda nigahdankənar cinsi əlaqədə bulunduğu üçün daşqalaq edilməklə ölüm cəzasına məhkum edilib.

Bu xəbər beynəlxalq hiddətə səbəb oldu.

İndi isə işə Vatikan da müdaxilə edib.

Bu barədə açıqlanan xüsusi bəyanatda bildirilir ki, Vatikan bu işi diqqət və heysiyyətlə izləyib.

Bildirilir ki, Vatikan Səkinə Aştianiyə dəstək üçün diplomatik kanallara əl ata bilər.

Bu bəyanat Səkinə Aştianinin oğlu onun xilas edilməsi üçün Roma Papası Benediktə xahiş məktubu yazdıqdan sonra verilib.

Bəyanatda deyilir ki, ölüm hökmləri barədə kilsənin mövqeyi bəllidir və kilsə daşqalaq edilməni edamın ən qəddar növlərindən biri hesab edir.

Dünyanın bir sıra siyasi liderləri və tanınmışları məhkum edilmiş qadınla həmrəylik ifadə ediblər.

Həmçinin İtaliya hökuməti də İrandan qadının edam edilməməsi barədə ricasını bir daha təkrarlayıb.

Roma bildirir ki, Tehrandan bu məsələdə mərhəmət göstərməsini rica edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar