SON XƏBƏRLƏR

Daha bir milli-mədəni fəal həbs edildi

2021.10.20, 07:36
Daha bir milli-mədəni fəal həbs edildi

Gunaz.tv

GünAzTv: Millətimizin milli kimliyi uğrunda dinc fəaliyyətlərinə görə dəfələrcə tutuqlanmış milli-mədəni fəal, “Gələcək” dağçılar qrupunun müdiri cənab Həsən Balayi növbəti dəfə həbs edilib.

 

Cənab Balayi sentyabr ayının 4-də (şəhrivərin 13-ü) Güney Azərbaycanın Parsabad şəhərində tutuqlanıb. O öz Mağazasında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb.

 

ETTELAAT əməkdaşları azərbaycanlı fəalı tutmaq üçün bundan əvvəl neçə dəfə onun evinə gəlsələr də, o, evdə olmayıb. Həmin vaxtlar evdə axtarış aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal bundan öncədə dəfələrlə tutulub və mülki girov qarşılığında azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar