SON XƏBƏRLƏR

İranda etirazların təşkilatçılarının kütləvi həbsinə başlanılıb

2022.07.09, 09:13
İranda etirazların təşkilatçılarının kütləvi həbsinə başlanılıb

Gunaz.tv

İran rəsmiləri və Daxili İşlər Nazirliyi  təhlükəsizlik, xüsusi təyinatlı qüvvələr və polis məmurlarının apardığı həbsləri "quldurlara qarşı əməliyyat" adlandırırlar.

İnsan haqları müdafiəçiləri həbs olunan yüzlərlə şəxsin son vaxtlar kütləvi etiraz aksiyalarında təşkilatçılıq edən fəallar olduğu barədə məlumatlar yayıblar.

İran İnqilab Keşikçiləri Korpusu və İran daxili İşlər Nazirliyi müxtəlif evlərə, iş yerlərinə basqını və həbs əməliyyatlarını əks etdirən videolar yayayır, bunu təhlükəli cinayətkarların saxlanılması ilə bağlayırlar.

İnsan haqları təşkilatları bilirib ki, həbs olunanların kimliyi dəqiqləşdirilir, bununla bağlı hesabat hazırlanır.

Qeyd edək ki, İran hökuməti kütləvi etiraz aksiyalarının dağıdılmasında, narazılara təzyiq göstərilməsində, ölkə daxili və xaricində müxaliflərin terror edilməsində özünün nəzarətində olan quldur və cinayətkar dəstələrin xidmətindən geniş istifadə edir.

Cavidan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar