SON XƏBƏRLƏR

İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib

2023.04.16, 18:44
İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib

Gunaz.tv

Beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayrağı bir neçə hissəyə parçalanmış şəkildə asılıb.

Bu bir daha Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdiyinin bariz göstəricisidir.

Bu addımlar beynəlxalq idman təşkilatları tərəfində kəskin qınanmalı, Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina edilməlidir.

Qeyd edək ki, Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.

Ayxan


 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar