SON XƏBƏRLƏR

Təbrizdə Azərbaycan dilində tamaşa səhnəyə qoyulur

2023.04.26, 17:00
Təbrizdə Azərbaycan dilində tamaşa səhnəyə qoyulur

Gunaz.tv

Bu barədə tamaşanın rejissoru Yaqub Sədiq Camal məlumat verib.

Rejissor Təbrizin “Sorxeyi” sarayında bir qrup sənətçi, həvəskar və media mənsublarının iştirakı ilə “Malı çox, günü qara” komediya tamaşasının afişasının açılış mərasimində çıxış edib.

O, Səməd Behrənginin əsəri əsasında hazırlanan “Balaca qara balıq” tamaşasının maliyyə problemləri və başqa məhdudiyyətlər səbəbindən səhnədən yığışdırıldığını söyləyərək, Təbrizdə sənət adamlarının ağır durumundan gileylənib:

“Son nəfəslərimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.

Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor hekayələri əsasında hazırlanıb. (Kult.az)

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar