SON XƏBƏRLƏR

Makı Azad Zonasında İran və Türkiyə arasında hava taksisi və yük marşrutu açılıb

2023.05.14, 14:25
Makı Azad Zonasında İran və Türkiyə arasında hava taksisi və yük marşrutu açılıb

Gunaz.tv

Bu barədə Anadoli xəbər agentliyinin fars bölməsi məlumat yayıb.

Makı Azad İqtisadi və Sənaye Zonasının sədr müavini Əsədullah  Əlizadə Anadolu xəbər agentliyinə verdiyi müsahibədə hava limanının açılmasının faydalarından danışıb. 

"Makı hava limanının iki əsas üstünlüyü var. Birincisi, rəsmi hava sərhədidir, ikincisi, azad zonanın daxilində yerləşir və onun üstünlüklərindən istifadə edir. Biz bu məkanda yük, ticarət, təhsil və turizm xidmətləri göstərəcək hava limanı xidmət mərkəzi yaratmağı planlaşdırırıq. Bu gün (13 may) biz bir aviaşirkət ilə anlaşma memorandumu imzalayacağıq və bu dördlü hava əlaqəsini rəsmi olaraq açacağıq",- Əlizadə bildirib.

Makı Azad İqtisadi və Sənaye Zonasının baş direktoru Hüseyn Gərrusinin sözlərinə görə, Türkiyə ilə İran arasında müştərək azad zonanın yaradılmasına dair saziş layihəsi imzalanıb və zonanın yekun imzalanması ilə iki ölkə arasında ortaq bazar yaradılacaq. Digər tərəfdən, hava xidməti mərkəzinin yaradılması iqtisadi operatorlara daha çox əməliyyatlar aparmağa kömək edəcək.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar