SON XƏBƏRLƏR

Bişkek yaxınlığında silahlı terrorçu məhv edilib

2023.05.17, 09:58
Bişkek yaxınlığında silahlı terrorçu məhv edilib

Gunaz.tv

Trend-in məlumatına görə, Çuy vilayətinin Dmitriyevka kəndində Qırğızıstan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) xüsusi əməliyyatı zamanı silahlı terrorçu məhv edilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi bölməsinin əməkdaşları terrorçunun saxlanılması istiqamətində əməliyyat keçirib.

Saxlanılan zaman o, silahlı müqavimət göstərib.

Xüsusi əməliyyat zamanı terrorçu Daxili İşlər Nazirliyi və MTDK-ın xüsusi təyinatlılarının əməkdaşları tərəfindən məhv edilib.

Hazırda Daxili İşlər Nazirliyinin əməliyyat-istintaq qrupu işləyir.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar