SON XƏBƏRLƏR

İranın sərhəd keçid məntəqəsinə silahlı hücum: Bir sərhədçi öldürülüb

2023.06.28, 11:06
İranın sərhəd keçid məntəqəsinə silahlı hücum: Bir sərhədçi öldürülüb

İranın Sistan və Bəluçistan əyalətinin Səravan sərhəd bölgəsində gizir Həsən Qorzai silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.

Gunaz.tv

Bu barədə Sistan və Bəlucistan əyalətinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 27-i gecə saatlarında silahlı qruplaşma üzvlərinin hücumunun və ölkə ərazisinə daxil olmaq cəhdinin qarşısı alınıb.

Qarşıdurma nəticəsində Səravan Sərhəd Alayının 139-cu sərhəd bölməsinin sərhəd zastavasının 16-cı qülləsinin sərhədçiləri arasında silahlı qarşıdurma olduğu və bir sərhədçinin güllələndiyi qeyd edilib.

Bəynaatda hücum edənlərin "terrorçu" və "quldur" adlandırılır.

Lakin onların hansı təşkilat və qruplaşmaya bağlı olduqları barədə açıqlama verilməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar