SON XƏBƏRLƏR

Kərim Vəliyev Quru Qoşunlarında müşavirə keçirib, göstərişlər verib

2023.06.29, 15:24
Kərim Vəliyev Quru Qoşunlarında müşavirə keçirib, göstərişlər verib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.

Gunaz.tv

Özbəkistan Statistika Agentliyinin məlumatına görə, 2023-cü ilin 5 ayında ölkədə xarici kapitalın iştirakı ilə 1279 müəssisə yaradılıb. 

Yeni yaradılan şirkətlərin sayına görə Rusiya (376) siyahıya başçılıq edir, Çin (245) və Türkiyə (121) ikinci və üçüncü yerdədir.

Növbəti yerləri Qazaxıstan, Cənubi Koreya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, ABŞ və Almaniya tutur. Azərbaycan kapitalı ilə bu ilin ilk 5 ayında Özbəkistanda 22 şirkət yaradılıb.Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.

Qeyd edək ki, 26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar. (report)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar