SON XƏBƏRLƏR

Almaniyada İranla əməliyyatlar səbəbindən Varenqold Bankına qadağa qoyulub

2023.08.04, 16:00
Almaniyada İranla əməliyyatlar səbəbindən Varenqold Bankına qadağa qoyulub

Almaniyanın Maliyyə Fəaliyytələrinə Federal Nəzarət Təşkilatı (BaFin) Varenqold Bankına İranla əlaqəli əməliyyat aparan müştərilərə transaksiya xidməti göstərdiyinə görə qadağa qoyub. Məqsəd isə çirkli pulların yuyulmasının qarşısını almaqdır.

Gunaz.tv

Bon şəhərində yerləşən təşkilat avqustun 3-də bildirib ki, Hamburq şəhəri Varenqold Bankının əməliyyatlarına nəzarət üçün xüsusi təmsilçi təyin edib.

Xüsusi təmsilçi həmin bankın əməliyyatlarının sanksiyalar üzrə qanunlarla əlqədar olub olmadığını araşdırmalıdır. Bu nəzarət qurumu Varenqold Bankından “xüsusilə də İranla əlaqəli əməliyyatlar üzrə” nəzarət sisteminin yaradılmasını tələb edib.  

Təşkilat qadağaya səbəb kimi həmçinin “çirkli pulların yuyulması fəaliyyətinin qarşısını almaq üçün bank sistemində ciddi nöqsanların olduğunu”  bildirib.

Varenqold Bankı Almaniyanın Maliyyə Fəaliyytlərinə Federal Nəzarət Təşkilatınin bu qadağası barədə hələ mövqe bildirməyib.  

Xatırladaq ki, həmin bank cari ilin iyun ayında gəlirlərinin azaldığını və ticarət üzrə bankçılıq sektorunda bir sıra beynəlxalq cəmiyyətlər olan müştəriləri ilə transaksiyalarda məhdulaşdırmalar tətbiq olunduğunu bildirmişdir.

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar