SON XƏBƏRLƏR

İraqda İrana bağlı Həşdi-Şabi Qrupunun “Bağdadın Şimal Briqadası” yaradılıb

2023.09.07, 14:22
İraqda İrana bağlı Həşdi-Şabi Qrupunun “Bağdadın Şimal Briqadası” yaradılıb

İraqın mediyası Həşdi-Şabi qrupu tərəfindəm Bağdadın Şimal Briqadasını yaratdığını yayaraq onun İranın himayəsində olduğunu bildiriblər. 

Gunaz.tv

Mediya həmçinin qrupun öz qüvvələrini Tarumiyyə bölgəsindən tutmuş Samera Əyalətinədək 100 kilometrə boyunda yerləşdirmək niyyətində olduğunu, habelə bu məslənin ölkədə ciddi nigarançılıq doğurduğunu qeyd edib. 

Həşdi-Şabinin bir komandiri “Əl Ərəbi Əl Cədid” qəzetinə müsahibəsində bu xəbəri təsdiqləyib. 

“Bağdadın Şimal Briqadası təchizat və rəhbəriyyət baxımdan yeni bir qurumdur. Əlnəcba və Hizbullah qvardiyaları kimi silahlı qollar bu yeni qrumda iştirak edirlər.”-deyə adı açıqlanmayan komandir bildirib. 

Qeyd edək ki, İraqın baş naziri Məhəmməd Şia Al Sudani Həşdi-Şabinin İraqın müxtəlif bölgələrində yeni briqadalarının yaradılmasına ikinci dəfədir ki, icazə verir. 

Bu xəbər onun 10 ay öncə dövlət kabinetini təşkil etdiyi vaxtda şəhərlərin mərkəzlərindən silahlı qrupları çıxaracağı barədə verdiyi sözlərə ziddir.

Yeni briqadanın təşkil olunması onların şəhərlərdən çıxaırlmasına siyasi təşəbbüslərin olunduğu və İraq xalqının bunu tələb etdikləri bir vaxta təsadüf edir.

Taymaz


 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar