SON XƏBƏRLƏR

ABŞ-da iranlı mühakimə olunacaq

2023.09.15, 14:22
ABŞ-da iranlı mühakimə olunacaq

Amerikada yaşayan İran əsilli 59 yaşlı Calal Hacəvi İrana qarşı tətbiq olunan sanksiyaları pozduğuna görə mühakimə olunacaq.

Gunaz.tv

Bu barədə məlumat yayan ABŞ prokurorluğu C.Hacəvinin özünə məxsus ticarət şirkəti adından və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İrana ağır texnikalar göndərib.

ABŞ Ticarət Departamentinin ofisinin xüsusi nümayəndəsi Con Conson da Hacəvinin ittihamları ilə bağlı açıqlama verib.

“Amerika mallarının Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İrana ötürülməsini gizlətmək məqsədilə ixrac sənədlərinin saxtalaşdırılması ciddi qanun pozuntusudur. ABŞ ixrac qanunlarını bir daha ciddi şəkildə araşdırılacaq. ABŞ-ın ikili təyinatlı mallarının İran kimi ABŞ-ın milli təhlükəsizlik maraqlarını təhdid edən ölkələrə ixracı hələ də qadağandır",- o, vurğulayıb.

Məhkəmə sənədlərinə görə, Cəlal Hacəvi Mayamidəki biznes şirkəti vasitəsilə əvvəlcə Xarici Aktivlərə Nəzarət İdarəsindən lazımi icazələr almadan Amerikanın ağır maşınlarını dolayı yolla İrana ixrac etmək üçün İrandakı bir şəxslə əlaqə saxlayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar