SON XƏBƏRLƏR

Makılı millət vəkili: "Urmu gölünün bərpa işi allaha qalıb"

2023.10.06, 15:56
Makılı millət vəkili: "Urmu gölünün bərpa işi allaha qalıb"

Qərbi Azərbaycan əyalətinin Çaldran, Makı və Poldəşt şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Əlipur Urmiya gölündə ekoloji vəziyyətin faciəli olduğunu deyib.

Gunaz.tv

Əlipur gölün tamamilə quruduğunu, bir neçə kiçik hissədə az miqdarda su qaldığını və payız yağıntılarının normal olacağı təqdirdə su miqdarının nisbi artacağını söyləyib.

"İş bizim əlimizdən çıxıb və artıq allahın ümidinə qalıb",- millət vəkili ekoloji vəziyyətin fəlakət səviyyəsinə çatdığını bildirib.

Məhəmməd Əlipur parlament seçkiləri ərəfəsindəki təbliğat-təşviqat kampaniyasında Urmiya gölünün bərpas ilə bağlı seçiçilərə söz vermişdi.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq gölün hazırkı sahəsi təxminən 500 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 600 milyon kubmetrdən azdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar