SON XƏBƏRLƏR

Sistan və Bəluçistanda sünni bəluçlara hücum edildi

2023.10.20, 16:09
Sistan və Bəluçistanda sünni bəluçlara hücum edildi

Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində hökumət məmurları cümə namazı iştirakçılarına hücum edib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası video və məlumat paylaşıblar.

Bildirilib ki, hökumət məmurları sünni məzhəbli cümə imamı Moləvi Əbdülhəmidin ənənəvi həftəlik çıxışı vaxtı namaz qılanlara hücum edib, onlara gözyaşardıcı qazlar atıblar.

Məlumatlarda çox sayda namaz qılanın yaralandığı, onlarla insanın isə həbs edildiyi bildirilib.

Bəluc Fəallarının Kampaniyasının verdiyi məlumatlarda saxlanılanların yüzlərlə olduğu, həbs edilən namaz qılanları aparmaq üçün Məkki məscidi ətrafına onlarla avtobusun gətirildiyi deyilir.

Şəhərdə internet və mobil telefon xidmətləri məhdudlaşdırılıb, elan edilməmiş fövqəladə vəziyyət hökm sürür.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar