SON XƏBƏRLƏR

Qarabağ dünən, bu gün, sabah

2021.10.20, 07:36
Qarabağ dünən, bu gün, sabah

Gunaz.tv
"Qarabağ dünən, bu gün, sabah" QAT AXC-nin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirdi shusha03.jpg Mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş "Qarabağ dünən, bu gün, sabah" mövzusunda VII elmi-praktik konfrans keçirdi. Təşkilatın sədri Akif Nağı bildirdi ki, konfransın məqsədi Qarabağla bağlı tədqiqat aparan şəxslərin bu işdə həvəsləndirilməsi və həmin tədqiqatların ən yaxşılarının seçilib yığılmasıdır. İndiyədək keçirilmiş 6 konfransda 300-ə yaxın dəyərli məqalə toplanıb və onların hamısı QAT-ın internet-saytına yerləşdirilib. Pərvin Abbasov Akif Nağı bu məqalələrin saytlarda yerləşdirilməsinə də toxunaraq dedi ki, internetdə olanda bunu bütün dünyan oxuya bilir, xəbər tutur. Builki konfransa Qarabağın tarixindən, arxeologiyasından, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan və problemin hüquqi aspektlərindən bəhs edən 28 tədqiqat materialları təqdim olunub. Onların arasında Akif Nağının (texnika elmləri namizədi) "Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü", Əli Abbasovun (fəlsəfə elmləri doktoru) "Praqa prosesinin yekunları", Elçin Əhmədovun (siyasi elmlər namizədi) "Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti" və s. əsərlər var. Akif Nağının sözlərinə görə, bu materiallar QAT-ın internet resursunda da yerləşdiriləcək: "Xatırlatmaq istəyirəm ki, bu internet saytı oxucularının sayına görə fərqlənir. Kənar ölkələrdən Qarabağın tarixinə maraq artmaqdadır. Bizim də əsas məqsədimiz odur ki, münaqişə həllini tapmadığı dövrdə insanların yaddaşından Qarabağ silinməsin və məsələni hər zaman diqqətə saxlasınlar". Elmi-praktik konfransda fəlsəfə elmləri doktoru Əli Abbasov "Praqa prosesinin yekunları" mövzusunda çıxış edərək dedi ki, Qarabağ münaqişəsinin kənar siyasi qüvvələrin vasitəçiliyi ilə ədalətli həlli mümkün deyil. Onun sözlərinə görə, indiyədək Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bir sıra proseslər nəticə olaraq, problemin həllini daha da çətinləşdirdir. Əli Abbasov eyni zamanda vurğuladı ki, Qarabağda qalan boş ərazilər əhali arasında bölüşdürülməli və həmin rayonların bələdiyyə seçkiləri keçirilməlidir: "Əgər torpaq əhali arasında paylansa, istər-istəməz insanlar torpaqlarının geri qaytarılması ilə bağlı beynəlxaq təşkilatlar qarşısında məsələ qaldırmaq hüququna malik olacaqlar. Bu iş artıq Ermənistan tərəfindən 10 il bundan qabaq həyata keçirilib. Hesab edirəm ki, Azərbaycan tərəfi gec də olsa, bu məsələni həll etməli və işğal olunmuş ərazilərin qaytarılması istiqamətində həmin rayonların əhalisi daha bir imkan əldə edəcəklər". Tarix elmləri namizədi Firdovsiyə Əhmədova 1918-1923-cü illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində toxundu. Onun sözlərinə görə, həmin dövrdə də ABŞ və İngiltərə münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirib: "Həmin dövrdə Azərbaycan xalqının mövqeyi münaqişənin həllində əhəmiyyətli rol oynayıb və 1919-cu ildə Qarabağ və Zəngəzur həm siyasi, həm də hərbi vasitələrdən istifadə etməklə Ararat Respublikasının (indiki Ermənistan) işğalından azad edilib". 2 saat sürən konfrans tarixçi və politoloqların çıxışları ilə davam etdirildi. Tədbirdə o da vurğulandı ki, bu elmi-praktik konfrans Dağlıq Qarabağ işğaldan azad ollunandan sonra da keçiriləcək. xalqcəbhəsi qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar