Qarabağ dünən, bu gün, sabah

2008-05-22 20:50

"Qarabağ dünən, bu gün, sabah" QAT AXC-nin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirdi Mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş "Qarabağ dünən, bu gün, s

Gunaz.tv Quote | Gunaz article

"Qarabağ dünən, bu gün, sabah" QAT AXC-nin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirdi Mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş "Qarabağ dünən, bu gün, sabah" mövzusunda VII elmi-praktik konfrans keçirdi. Təşkilatın sədri Akif Nağı bildirdi ki, konfransın məqsədi Qarabağla bağlı tədqiqat aparan şəxslərin bu işdə həvəsləndirilməsi və həmin tədqiqatların ən yaxşılarının seçilib yığılmasıdır. İndiyədək keçirilmiş 6 konfransda 300-ə yaxın dəyərli məqalə toplanıb və onların hamısı QAT-ın internet-saytına yerləşdirilib. Pərvin Abbasov Akif Nağı bu məqalələrin saytlarda yerləşdirilməsinə də toxunaraq dedi ki, internetdə olanda bunu bütün dünyan oxuya bilir, xəbər tutur. Builki konfransa Qarabağın tarixindən, arxeologiyasından, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan və problemin hüquqi aspektlərindən bəhs edən 28 tədqiqat materialları təqdim olunub. Onların arasında Akif Nağının (texnika elmləri namizədi) "Ermənilərin ilk ərazi iddiaları və Cümhuriyyət dövrü", Əli Abbasovun (fəlsəfə elmləri doktoru) "Praqa prosesinin yekunları", Elçin Əhmədovun (siyasi elmlər namizədi) "Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti" və s. əsərlər var. Akif Nağının sözlərinə görə, bu materiallar QAT-ın internet resursunda da yerləşdiriləcək: "Xatırlatmaq istəyirəm ki, bu internet saytı oxucularının sayına görə fərqlənir. Kənar ölkələrdən Qarabağın tarixinə maraq artmaqdadır. Bizim də əsas məqsədimiz odur ki, münaqişə həllini tapmadığı dövrdə insanların yaddaşından Qarabağ silinməsin və məsələni hər zaman diqqətə saxlasınlar". Elmi-praktik konfransda fəlsəfə elmləri doktoru Əli Abbasov "Praqa prosesinin yekunları" mövzusunda çıxış edərək dedi ki, Qarabağ münaqişəsinin kənar siyasi qüvvələrin vasitəçiliyi ilə ədalətli həlli mümkün deyil. Onun sözlərinə görə, indiyədək Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bir sıra proseslər nəticə olaraq, problemin həllini daha da çətinləşdirdir. Əli Abbasov eyni zamanda vurğuladı ki, Qarabağda qalan boş ərazilər əhali arasında bölüşdürülməli və həmin rayonların bələdiyyə seçkiləri keçirilməlidir: "Əgər torpaq əhali arasında paylansa, istər-istəməz insanlar torpaqlarının geri qaytarılması ilə bağlı beynəlxaq təşkilatlar qarşısında məsələ qaldırmaq hüququna malik olacaqlar. Bu iş artıq Ermənistan tərəfindən 10 il bundan qabaq həyata keçirilib. Hesab edirəm ki, Azərbaycan tərəfi gec də olsa, bu məsələni həll etməli və işğal olunmuş ərazilərin qaytarılması istiqamətində həmin rayonların əhalisi daha bir imkan əldə edəcəklər". Tarix elmləri namizədi Firdovsiyə Əhmədova 1918-1923-cü illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində toxundu. Onun sözlərinə görə, həmin dövrdə də ABŞ və İngiltərə münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirib: "Həmin dövrdə Azərbaycan xalqının mövqeyi münaqişənin həllində əhəmiyyətli rol oynayıb və 1919-cu ildə Qarabağ və Zəngəzur həm siyasi, həm də hərbi vasitələrdən istifadə etməklə Ararat Respublikasının (indiki Ermənistan) işğalından azad edilib". 2 saat sürən konfrans tarixçi və politoloqların çıxışları ilə davam etdirildi. Tədbirdə o da vurğulandı ki, bu elmi-praktik konfrans Dağlıq Qarabağ işğaldan azad ollunandan sonra da keçiriləcək. xalqcəbhəsi qəzeti
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanlı dağçı xanımlar Savalan zirvəsinə qış dırmanışı ediblər

2021-02-25

gun az article

Şərqi Azərbaycanın Əhər şəhərində dəm qazından 3 qardaş həyatını itirib

2021-02-25

gun az article

Şərqi Azərbaycan əyalətində işsizlərin 46%-i Universitet məzunlarıdır

2021-02-25

gun az article

Qərbi Azərbaycanla İraq sərhəddində iki silahlı şəxs öldürülüb

2021-02-25

gun az article

Ərdəbilli məktəblilər sinif azlığı və internetin olmamasından əziyyət çəkirlər

2021-02-25

gun az article

Şərqi Azərbaycan əyalətində koronavirusun Britaniya variantının ikinci faktı qeydə alınıb

2021-02-25

gun az article

Milli-mədəni fəal girov qarşılığında sərbəst buraxılıb

2021-02-25

gun az article

Mollalar martın 1-də Qum şəhərində “Beynəlxalq Qarabağ konfransı” keçirəcəklər

2021-02-25

gun az article

GünazTV Feb.24.2021-Görüş: İran-Amerika münasibətləri, Rza Pəhləvinin kudetasının 100 illiyi

2021-02-25

gun az article

GünazTV Feb.24.2021: Paylaşım programı, 38-ci Bölüm.

2021-02-24

gun az article

Qərbi Azərbaycanda 2 nəfər mutasiyaya uğramış yeni növ "İngilis" koronovirusuna yoluxub

2021-02-24

gun az article

Qərbi Azərbaycan əyalətində 700 min nəfər gecəqondu və qeyri-standard şəhər ətrafı məhəllələrdə yaşayır

2021-02-24

gun az article

Zəngan əyalətinin Qeydar şəhərində Şəhər Şurasının üzvləri həbs olunub

2021-02-24

gun az article

İranda bəhayilərə qarşı təzyiqlər davam edir

2021-02-24

gun az article

Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin təqdimatı olub

2021-02-24

gun az article

GünazTV Feb.23.2021-Özümüz: Şu'ubiyyə

2021-02-24

gun az article

GünazTV Feb.23.2021 -GÜNDƏM MASASI: Tək dilli toplum yaratma teorisinin başarısızlığı

2021-02-24

gun az article

Təbrizdə yaşayış binasında partlayış baş verib

2021-02-23

gun az article

Təbriz "Dünyanın Xalça Şəhəri" statusunu itirə bilər

2021-02-23

gun az article

Güneyli sənətçi: “Dünyanın çox yerində türkcə bildiyim üçün işimi aşırıram”+video

2021-02-23