İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

16.08.2022, 09:30

İran-Əfqanıstan sərhəddində silahlı qarşıdurma olub və hər iki tərəfin sərhəd qüvvələri bir-birlərinə ağır və yüngül silahlardan atəş açıblar.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial media hesablarında məlumat yayılıb.

Məlumatda atışmanın Sistan-Bəluçistan əyalətinin Hirmənd bölgəsinin Şüğalək kəndi yaxınlığında baş verdiyi qeyd olunur.

İran mediasının iddiasına görə, silahlı qarşıdurmaya səbəb Taliban sərhədçilərinin sərhəddə yaxın bölgələrdə çalışan İran əkinçilərinə maneçilik törətmələri olub.

Taliban hökumətinin yerli nümayəndələri İran tərəfinin iddialarını rədd edib və İran sərhədçilərinin Əfqanıstan torpağına girdiyi üçün onlara cavab verildiyini bildiriblər.

Qeyd edək ki, son aylar İranla Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə sərhəddə ağır texnika və canlı qüvvə toplamaqda davam edir.

Bir müddət öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri SEPAH-ın 5 hərbçisini əsir götürmüşdülər.

Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yəqub qonşu ölkələrə xəbərdarlıq edib.

"Qonşu ölkələrin Əfqanıstan sərhədlərinə müdaxilə etmələrə dözməyəcəyik"-deyə, nazir bildirib. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran parlamentinin bir qrup üzvü kütləvi etirazlara qarşı bəyanat yayıb

2022-09-28

gun az article

Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

2022-09-28

gun az article

Kəlbəcərdə Ermənistanın açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

2022-09-28

gun az article

İspaniya İranda etirazçılara qarşı qəddarlığa görə bu ölkənin səfirini XİN-ə çağırıb

2022-09-28

gun az article

ABŞ öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

2022-09-28

gun az article

Şiraz Universitetində etiraz aksiyası keçirilir-VİDEO

2022-09-28

gun az article

Tehranın 3 zindanına 2 min etirazçı aparılıb

2022-09-28

gun az article

İran yenidən Azərbaycan sərhəddinə yaxın bölgədə terrorçu tutduğunu iddia edib

2022-09-28

gun az article

SEPAH İraqın şimalında müxalif təşkilatların qərargahlarını atəşə tutub

2022-09-28

gun az article

İranın Polis Komandanlığı üsyançıları hədələdi: "Sərt tədbirlər görüləcək"

2022-09-28

gun az article

BMT-nin baş katibi: "Etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından narahatıq"

2022-09-28

gun az article

Hikmət Hacıyev Armen Qriqoryanla müzakirə olunan məsələləri açıqlayıb

2022-09-28

gun az article

İran hökuməti üsyançılara qarşı livanlı və iraqlı muzdlulardan istifadə edir

2022-09-28

gun az article

İranda yaşayan xristianlar xalqı etirazlara çağırdı-Bəyanat

2022-09-28

gun az article

Fransa Ermənistana nümayəndə heyəti göndərəcək

2022-09-28

gun az article

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb

2022-09-28

gun az article

PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"

2022-09-28

gun az article

Yunanıstanda İrandakı etirazçılara dəstək mitinqi keçirilib

2022-09-28

gun az article

Jurnalistləri Müdafiə Komitəsi: "Son on gündə İranda 20 jurnalist həbs edilib"

2022-09-28

gun az article

Avstraliya İranda etirazların zorakılıqla yatırılmasını pislədi

2022-09-28