SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əhalisi sürətlə qocalır- "Gənclər yoxsulluqdan ailə qura bilmir"-Valinin müavini

2022.02.08, 10:10
Şərqi Azərbaycan əhalisi sürətlə qocalır- "Gənclər yoxsulluqdan ailə qura bilmir"-Valinin müavini

Gunaz.tv

Turab Məhəmmədi qocalma prosesinin təhlükəli səviyyədə sürətləndiyini deyib.

O, bildirib ki, çox uşaqlılıqdan imtina etməyin acı nəticələri artıq üzə çıxmaqdadır.

Turab Məhəmmədinin fikrincə ailələrdə az uşaq dünyaya gətirmə artıq ənənəyə çevrilib və bunun dəyişdirilməsi çətindir.

Məhəmmədi cəmiyyətdə iqtisadi çətinliklər ucbatından ailə qurmaq və uşaq dünyaya gətirmə istəyinin azaldığını vurğulayıb.

Valinin müavini cəmiyyətdə az uşaqlılığa üstünlük verilməsinin səbəbini sosial rifah səviyyəsinin yüksəlməsi ilə bağlı olduğunu iddia edib və bu sahədə strateji proqramların hazırlanmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, uzun illərdir İranda iqtisadi problemlər, yoxsulluq və işsizlik səbəbindən ailə quran cütlüklərin sayında azalma qeydə alınıb.

Boşanan cütlüklər isə artıb. 

Gənclər iş təminatı olmadığı üçün ailə qurmaqdan imtina edir, ailələr isə uşaq dünyaya gətirməkdən çəkinirlər. 

Bundan öncə də bir sıra rəsmilər və mütəxəssislər həyəcan təbili çalaraq ölkədə əhalinin qocalma prosesinin sürətləndiyini bildirib.

Onlar hökuməti gənclərin ailə qurmasına dəstək üçün stimullaşdırıcı addımlar atmağa çağırıblar.  

 

سالمندی زنگ خطری برای جمعیت آذربایجان‌شرقی است

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar