SON XƏBƏRLƏR

“18 Tir” hadisələrinin irsi həyacanı

2021.10.20, 07:36
“18 Tir” hadisələrinin irsi həyacanı

Gunaz.tv
Tir ayının 18-də İranlı tələbələrin ölkə ərazisində genişmiqyaslı cəzalandırmasından 9 il keçməsinə baxmayaraq, həmin hadisələr İİR vətəndaşlarını indi də narahat etməkdədir. İİR hökumətinin yürütdüyü o siyasətin nəticəsi kimi əhalinin nüfuzlu təbəqələrinin, xüsusilə təhsil adamlarının sosial və iqtisadi problemləri artıq həll olunmaz səviyyəyə gəlmişdir. Xatırlanacağı kimi Tir ayının 18-nə qədərki 2 ay ərzində İİR-dəki mühafizəkar qəzetlərdə tələbələrin “İslamın müqəddəs dəyərlərini və İslam Respublikasının prinsiplərini pozmaları” barəsində şikayət xarekterli yazılar dərc edilirdi. İyulun 7-də isə İran parlamenti liberal israfçılığa son qoymağa çağıran senzura haqqında yeni qanun qəbul etmişdi. Bunun ardınca İnformasiya və Təhlükəsizlik Nazirliyi «Salam» qəzetində “islahatçıların” fəaliyyətindən gileylənmiş və bir müddət sonra həmin qəzetin fəaliyyəti dini məhkəmənin qərarı ilə dayandırılmışdı. 1999-cu il iyulun 8-də saat 9:30 radələrində Tehranın Əmirabad rayonunda Tehran Universitetinin 200 nəfər tələbəsi öz yataqxanalarının qarşısında nümayişə başlamışdılar. Az sonra tələbələr universitet şəhərciyini tərk etmiş və şəhərin mərkəzindəki hüquq-mühafizə orqanlarının əməkdaçları ilə qarşıdurma yaranmışdı. İyulun 9-da sübh tezden Tehran polisinin rəhbərliyi altında çoxsaylı silahlı mühafizə bölmələri tələbə şəhərciyinə daxil olmuşdu. Tezliklə onlara xüsusi təyinatlı dəstələr də qoşulmuşdu. Təqribən saat 3:30 radələrində ifratçı mühafizəkar təşkilatlar («Bəsic» və s.) tərəfindən dəstəklənən və 400 nəfərdən ibarət qoşun yataqxanaya soxulmuşdu. Şahidlərin biri hadisəni bu cür şərh etmişdir: «Hər tərəfdən hücum edilir, maksimal zərər vurulurdu və zərərçəkənlərin sayı çox idi. Lakin polis təkcə tələbələrin döyülməsi ilə məşğul olmurdu. Yataqxananın otaqlarında axtarış aparılır, şəxsi əşyalar məhv edilir, tapılmış pullar mənimsənilir, eləcə də divarlardan asılmış şəkillər və kitablar cırılaraq və yandırılırdı. Ümumilikdə, universitetin 10 korpus və 800 otağına zərər dəymişdir». «Human Rights Watch»un yaydığı məlumata əsasən, keçirilmiş nümayişlərə müdaxilə zamanı tələbələr arasında ən azı 4 nəfər öldürülmüş, 300 nəfər yaralanmış və 400 nəfər həbs olunmuşdur. Qeyd olunan hücumdan sonra tələbələrin nümayışi 6 gün davam etmişdir. “BBS” (BBC) keçirilmiş bu nümayişi İran tarixində 1979-cu il inqilabından sonra ən təhlükəli qiyam adlandırmışdır. Başlanğıcda «Salam» qəzetinin fəaliyyətini dayandırması ilə bağlı qoyulmuş qadağanın ləğv edilməsini və müstəqil mətbuatın yaradılmasını tələb edən tələbələr artıq daha da qətiyyətlənərək, yeni islahatların aparılmasını və mövcud rejimi təmsil edən ən nüfuzlu mühafizəkarların kənarlaşdırılmasını tələb etmişlər. Baş vermiş hadisədən 2 il əvvəl seçilmiş prezident – islahatçı Məhəmməd Hatəmi çətin vəziyyətə düşmüşdü: bir tərəfdən tələbələr islahatların tez bir zamanda aparılmasını tələb edir, digər tərəfdən isə ifratçı mühafizəkarlar tələbə hərəkatını yatırtmağı tələb edirdilər. Zorakılığın əlamətləri ölkənin digər şəhərlərində də özünü büruzə verirdi. Artıq minlərlə adamlardan ibarət olan və hərəkat xarakteri daşıyan nümayişin keçirilməsinə iyulun 12-də qadağa qoyuldu. Növbəti gün Hatəmi nümayişçilərdən «üz döndərdiyini» əks etdirən bəyanatla çıxış etdi. Nümayişdən sonra etiraz edənlər həbs olundu, tələbə hərəkatının «rəhbərlərini» isə ölüm cəzasına məhkum etdilər. İyulun 13-də Tehranda gündəlik çıxan qəzetlərdən biri tələbələrin müdafiəsinə həsr olunmuş ətraflı məqalə dərc etmişdi. Müəllif radikal ideologiyalı şəxslər kimi təqdim edilən tələbələrin radikal ideologiyaya sahib olmadıqlarını, əksinə ciddi və məsuliyyətli şəxslər olduqlarını iddia edirdi. «Onlar inqilabdan sonra anadan olmuş və yaşamış, şah rejiminın «bütpərəstliyi» onlara aid olunmamış, bununla yanaşı onlar İslamı qəbul etməyən və qəbul olunmayan sərvətlər sisteminə and içən qruplaşma olmayıblar». Müəllifin sözlərinə görə, tələbələrin məqsədi mötədil və sülh xarakteri daşıyırdı, lakin rejim buna zorakılıqla cavab verdi. Tələbələr yatan binaya daxil olan hücumçular şəxsi əşyaları və universitet mülkiyyətlərini məhv edərək tələbələri döymüşdülər. Tir ayının 18-də baş vermiş həyəcanlı hadisələrin 2004-ci ildə 5 illik ildönümünün qeyd edilməsi həmin hadisələrin xalqın yaddaşında nə qədər dərin iz buraxdığını nümayiş etdirdi. Qırğının ildönümü yaxınlaşarkən hökumət hər dəfə hər hansı nümayışlərin keçirilməsinin qarşısını almağa çalışırdı. 2003-cü ildə, ildönümü qabağı digər etiraz aksiyalarında iştirak etmiş təqribən 4000 nəfər insan həbs olunmuşdur. 2004-cü ildə isə rejim daha da sərt ehtiyyat tədbirləri həyata keçirmişdir. Bütün anım mərasimləri qadağan edilmiş, Tehran Universitetinin ərazisindən kanarda hər hansı bir mərasimin keçirilməsi hüququnu rəhbər tutan tələbələrə isə rədd cavabı verilmişdir. İldönümü günü tələbə şəhərciyi bağlanılmışdır; islahatçı tərəfdarlarından olan təşkilatların biri bu tədbirin «tələbə şəhərciyində yayılmış tarakanların dezinfeksiya edilməsi ilə» əlaqədar keçirildiyini bildirmişdir. Bununla yanaşı, «Amnesty İnternational» (Beynəlxalq Amnistiya) kimi beynəlxalq hüquq-mühafizə qrupları nümayişdən sonra, işgəncə verməkdə ittiham olunan tələbə hərəkatı rəhbərlərinə, eləcə də Əkbər Məhəmmədi və Əhməd Batəbi barəsində İranın məhkəmə orqanlarını istintaqların açıq və müstəqil şəkildə yenidən keçirilməsinə çağırmışdır. Nüfuzlu tələbə lideri Səid Rəzəvi-Fəqih tir ayının 18-dəki hadisələrin gələcək bəhrəsini qeyd etmişdir; onun sözlərinə görə «məhz bu hadisədən sonra iranlı tələbələr hərəkatının İslam Respublikasından ayrılması və tələbələrin idarə edən rejimə qarşı inamsızlığı prosesləri başlamışdır». Dörd ildən sonra Rəzəvi-Fəqihin irəli sürdüyü nəticələr qüvvədə qalmaqdadır. Tehranın rəhbər heyəti keçirilməsi ehtimal olunan təkcə ictimai aksiyaların deyil, həmçinin də istənilən fikir və söz azadlığının qarşısını almaq üçün əlindən gələni etməkdə davam edir. Bu yaxınlarda baş verənlərdən misal gətirək. 2008-ci ilin yanvar ayının axırlarında qadınlar hərəkatının «Zənən» adlı aylıq jurnalının fəaliyyəti Mədəniyyət və İslam Tərbiyəsi Nazirliyinin əmri ilə dayandırılmışdır. Artıq 16 ildir ki fəaliyyət göstərən sözügedən jurnalın bağlanmasının səbəbi jurnalistin «şəhidlər» mövzusunda yazdığı məqalə olmuşdur; mühafizəkar xəbər agentliyi «Fars»ın yaydığı məlumata əsasən jurnalın redaksiyası «hərbi və inqilabi idarə dairələrinə iftira yağdırmaqda, həmçinin də cəmiyyətin dini təhlükəsizliyi, əxlaqı və ideoloji əsaslarına zərər yetirən mövzularda məqalənin dərc edilməsində təqsirli bilinmişdir». May ayının 3-də beynəlxalq mükafata layiq görülmüş qadın hüquqları müdafiəçisi Pərvin Ərdələn 2006-cı ilin iyun ayında Tehranda qadınlara hüquqi bərabərlik statusunu tələbi ilə keçirilən nümayişdə iştirak etdiyinə görə azadlıqdan şərti olaraq məhrum etmə ilə cəzalandırılmışdır. O «ölkənin milli təhlükəsizliyini pozmaq iddiasında olmaqda» təqsirli bilinmişdir. Bundan başqa, may ayının 2-də hakim dairələr qadın və jurnalistlərin hüquqlarını, eləcə də rejim tənqidçilərini dəstəkləyən bir neçə internet saytı və bloqlarına daxil olmanı dayandırmışdır. Buna qədər uzun illər boyu Tehran hökuməti tərəfindən bir neçə digər saytları da eyni səbəblərdən bağlanılmışdır. İran əhalisinin bütün təbəqələri, həmçinin də sıravi vətəndaşlar, tələbələr, jurnalistlər və ziyalılar arasında özünü ifadə etmək azadlığını məhdudlaşdırmaq siyasəti nəticəsində ölkənin gələcəkdə çətin həll oluna biləcək iqtisadi və ictimai problemlərlə üzləşəcəyi ehtimal edilir. Nüvə siyasətinə görə beynəlxalq sanksiyalarla cəzalandırılması və nəticədə tupik vəziyyətdə qalmasından başqa, İran durmadan artan inflyasiyadan, işsizliyin yüksək səviyyəsindən və iqtisadi inkişafın gerilənməsi kimi məsələlərdən əziyyət çəkir. Fikir azadlığının olmadığı bir halda bu cür problemlərin uğurlu həlli ehtimal olunmur. Ciddi problemlərin effektiv həlli üçün hökumət və vətəndaşların bir-birinə qarşı etimad göstərməsi vacib şərtdir. İranda bu etimad tir ayının 18-də çox kobudcasına zorakılıqla sarsıdılmış, Tehran rejimi isə həmin itirilmiş etimadı bərpa etmək üçün heç bir addım atmamışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar