SON XƏBƏRLƏR

1915-ci il hadisələri Demokratlar və Respublikaçıların gündəmində

2021.10.20, 07:36
1915-ci il hadisələri Demokratlar və Respublikaçıların gündəmində

Gunaz.tv
1915-ci il hadisələri Demokratlar və Respublikaçıların gündəmində 4401.jpg ABŞ-da keçiriləcək 4 noyabr prezident seçkiləri ərəfəsində namizədlər arasındakı seçki mübarizəsi intensiv şəkildə davam edir. Seçki yarışı Demokratlar Partiyasından olan namizədlər İllionis ştatının senatoru Barak Obama ilə Nyu-York ştatının senatoru Hillari Klinton arasında, Respublikaçılar Partiyasından isə Arizona ştatından Makkeyn ilə Mit Romney arasında başlamışdı. Prezidentliyə namizədlər seçkilərdə qələbə qazandıqları halda nə cür siyasət həyata keçirəcəkləri ilə bağlı müxtəlif vədlər verirdilər. Daxili və xarici siyasətlə bağlı müxtəlif açıqlamalar verən namizədlər zaman-zaman “erməni iddiası” məsələsinə də münasibət bildiriblər. Barak Obama noyabr seçkilərində qələbə qazanacağı təqdirdə 1915-ci il hadisələrinin ABŞ-da rəsmən soyqırımı kimi tanınması üçün ciddi səy göstərəcəyinə söz verib. Bundan başqa Obama seçkiqabağı çıxışlarında, prezident seçilərsə, ABŞ-ın Ermənistana etdiyi yardımları davam etdirəcəyi, Qarabağ probleminin həlli üçün səylərini artıracağı, Ermənistanın inkişafına dəstək olacağı ifadələrinə də yer verib. Hillari Klinton da mövzu ilə əlaqədar olaraq ABŞ-ın ən böyük təşkilatlarından olan və daşnaqlara yaxınlığı ilə bilinən Amerika Erməni Milli Assambleyasına (ANCA) göndərdiyi məktubda prezidentliyə namizədlər arasında erməni məsələsini hamıdan çox dəstəklədiyini və seçkilərdə qələbə qazanacağı təqdirdə Konqres və Senatda müzakirə edilən qanun layihələrinin qəbul olunmasına dəstək verəcəyini bildirib. Bu açıqlamalardan sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Arizona ştatının senatoru Con Makkeyn 1915-ci il hadisələrini, “20-ci əsrin ən böyük faciələrindən biri” olaraq dəyərləndirmişdir. Digər tərəfdən ANCA-nın 1915-ci il hadisələrinə münasibət bildirməsi üçün prezidentliyə namizədlərə göndərdiyi 5 sualdan ibarət anketə cavab verərkən Obama və Klinton bildiriblər ki, onlar erməni iddialarına açıq dəstək verəcəklər. Con Makkeyn isə Osmanlı tabeçiliyində yaşayan 1,5 milyon erməninin vəşhicəsinə öldürüldüyünü və bu acı təcrübədən müstəqil Ermənistanın yarandığını söyləyib. Türkiyəni yaxından tanıyan Makkeyn Klintondan fərqli olaraq ABŞ Senatına təqdim olunan ermənilərlə bağlı qanun layihələrinin müzakirəsində Türkiyəyə dəstək verib. ABŞ-da ermənilərin daha çox yaşadığı Massaçusti ştatının qubernatoru, Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Mit Romney isə erməni iddialarının nə lehində, nə də əleyhində heç bir bəyanat verməyib. Prezidentliyə namizədlərin erməni iddiaları mövzusunda verdiyi açıqlamalar, bir çox ölkələrdə olduğu kimi, ABŞ-da da güclü erməni lobbisinin fəaliyyətindən xəbər verir. ABŞ-da prezident seçkiləri ərəfəsində bir çox erməni təşkilatı tərəfindən erməni məsələsi gündəmə gətirilir və prezidentliyə namizədlərə iddialarını həyata keçirmək üçün yardım edilir. Bundan əlavə, ermənilərin səslərini ala bilmək “soyqırımı”nı tanımağa bağlı olduğundan namizədlərin seçkidən əvvəl söylədikləri fikirlər tamamilə siyasi mahiyyət daşıyır. Beləliklə, prezident seçkilərində Obamanın qalib gəlməsi halında, Türkiyə-Amerika münasibətləri göz önündə tutularsa, onun erməni lobbisinə verdiyi sözü yerinə yetirməyəcəyini söyləmək olar. Ona görə də demokratların 1915-ci il hadisələri ilə bağlı verdikləri açıqlamalar, daha əvvəllər olduğu kimi, bu dəfə də həyata keçirilməsi mümkün olmayan vədlər olaraq qalacaq. Hazırkı prezident Corc Buş da seçkilərdən əvvəl ermənilərə bu məsələ ilə bağlı vədlər versə də seçildikdən sonra vədinə əməl etməmişdir. Amma bütün bunlara baxmayaraq, seçkilərdə demokratların qələbə qazanması halında erməni məsələsi Türkiyə ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsinə səbəb olacaq. Makkeynin qələbə qazanqazanacağı təqdirdə isə Respublikaçıların Türkiyəyə qarşı tutduqları mövqe Demokratlardan fərqləndiyinə görə erməni lobbisində böyük ruh düşkünlüyü yaranacaq. Demokratlar partiyasından olan namizədlərin erməni iddiaları ilə bağlı söylədikləri kəskin bəyanatlar isə onu göstərir ki, onlar bu addımı atarkən gələcəyi fikirləşməyiblər. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar