Bu qurumlar iranlı etirazçıları dəstəkləmək üçün əməli tədbirlər görməyə çağırıb.
İran xalqlarının qarşıdakı vəziyyətdə Amerika və bütün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı olduğunu vurğulayıb.
Bununla eyni vaxtda Amerikanın milli təhlükəsizlik müşaviri Cek Sollivan öz "tvviter" səhifəsində "insan haqları fəalları və iranlı qadınlarla Amerikanın İrandakı "cəsur etirazçıları" necə dəstəklədiyi barədə danışdığını" yazıb.
Amerika Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel İslam Respublikasının etirazların qanlı yatırılması zamanı 100-dən çox insanı öldürdüyünü bildirib.
"İranda etirazların qanlı şəkildə yatırılmasına və hökumətin qadınlara qarşı zorakılığına necə reaksiya veriləcəyi ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya etməyə davam edəcəyik",- deyə, o bildirib.
Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali İranın Amerika və İsrailin bu ölkədəki etirazlarda rolu ilə bağlı iddiasının əsassız olduğunu bildirib.
O, İran xalqlarının qəzəbinin Tehran hökumətinin əməlləri nəticəsində baş verdiyini deyib.
Cavidan