SON XƏBƏRLƏR

2010-cu ildə Nabukko qaz kəmərinin inşaası başlanacaq

2021.10.20, 07:36
2010-cu ildə Nabukko qaz kəmərinin inşaası başlanacaq

Gunaz.tv
2010-cu ildə Nabukko qaz kəmərinin inşaası başlanacaq neft-boru1.jpg 2013-cü ildən başlayaraq isə Nabukko ilə ildə 8 milyard kub metr qaz nəql olunacaq Nabukko qaz kəmərinin inşasına 2010-cu ildə başlanacaq. Konsorsiumun rəhbəri Riçard Mitçekin sözlərinə görə, artıq kəmərlə nəql olunan qazın alınması üçün uzunmüddətli sifarişlər daxil olub. 50 potensial alıcıdan 20-si İraq, İran və Xəzər regionundan nəql olunan mavi yanacağın alınmasında maraqlı olduqlarını bildiriblər və onların üst-üstə təklif etdiyi həcm 10 milyard kub metrdən çoxdur. Cənab Mitçek onu da bildirib ki, 2013-cü ildən başlayaraq Nabukko ilə ildə 8 milyard kub metr qaz nəql olunacaq. 2018-ci ildə bu rəqəm 31 milyarda çatdırılacaq. Tikintiyə gəlincə, Nabukkonun səhmdarları dövlətlərarası saziş imzalanandan sonra inşa işlərinə start veriləcəyini bildirib. Asiyanı Mərkəzi Avropa ilə birləşdirəcək kəmərin çəkilməsinə və infrastrukturun yaradılmasına təqribən 11,6 milyard dollar xərclənəcəyi bildirilir. Lakin bu məbləğin artacağı da istisna edilmir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar