SON XƏBƏRLƏR

“28 May”da Paytaxtda bayram coşğusu yaşanıb – VİDEO

2021.10.20, 07:36
“28 May”da Paytaxtda bayram coşğusu yaşanıb – VİDEO

Gunaz.tv

GünAz TV: Mayın 28-də paytaxt Bakıda da əsl bayram ab-havası yaşanıb.

 

İnsanlar əllərində bayraq küçələrə çıxıblar. Avtomobillər və marşrut avtobusları, həmçinin binalar üçrəngli bayrağımızla bəzədilib. Həmin rəngli görüntüləri Elnarə Baxış bir reportaja sığdırıb.

https://www.youtube.com/watch?time_continue=21&v=AXgmlPV1iVI

 

 

Kimi əlində, kimi də çiyinlərində üç rəngli bayrağı qürur və fəxarətlə daşıyır. Şəxsi avtomobillər və ictimai nəqliyyat üç rəngli bayrağımıza bürünüb. Cümhüriyyətin 100 illiyi ilə bağlı paytaxtda əsl bayram ab-havası yaşanıb.

 

Şəxsi avtomobillər və marşrut avtobusları da üçrəngli bayrağımıza bürünüb.

 

Musavat.com-da yayılan videoda da paytaxt Bakının mərkəzi küçələrində əllərində üçrəngli bayrağımızı tutan ölkə vətəndaşlarının böyük coşqu ilə Cumhuriyyət qurucularını andığı və müxtəlif şüarlar səsləndirdiyi görünür.

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

 

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

 

Aşağıdakı video Əli Rais tərəfindən hazırlanıb və Musavat.com-da yaılıb:

https://www.youtube.com/watch?time_continue=3&v=KpBXDuT2PkI

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar