SON XƏBƏRLƏR

3 azərbaycanlı fəal Evin zindanının təftiş şöbəsinə çağırılıb

2021.10.20, 07:36
3 azərbaycanlı fəal Evin zindanının təftiş şöbəsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Tehran sakini olan 3 azərbaycanlı fəal Evin zindanının araşdırma və təftiş şöbəsinə çağırılıb.

 

Həbsxananın 7-ci təftiş şöbəsinə çağırılan Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəməri Binisliyə üzləşdikləri yeni ittihamla bağlı məlumat verilib.

 

Bundan əvvəl qondarma “milli təhlükəsizlik əleyhinə fəaliyyət”də ittiham olunaraq saxlanılan fəallar bu dəfə “ictimaiyyəti təşvişə salmaq” ittihamı ilə üzləşib.

 

Türk dilində təqvim nəşr etdiklərinə görə mart ayında saxlanılan fəalların 3-ü də ötən günlərdə mülki vəsiqə qarşılığında Evin Zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

 

İranda mədəni fəaliyyətlə məşğul olan aktivistlər təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur, bu əsasən qeyri-fars millətlərinə mənsub olan fəallara aiddir. Mədəni aktivistləri təzyiqlərə məruz qoymaq insan haqları pozuntusunun bariz nümunəsidir, bununla bağlı BMT və beynəlxalq insan haqları təşkilatları İran rejiminə dəfələrlə xəbərdarlıq edib.

 

Hal-hazırda çox sayda azərbaycanlı fəal mədəni fəaliyyətləri ilə əlaqədar İran rejiminin zindanlarında məhbus həyatı yaşayır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar