SON XƏBƏRLƏR

“40 milyon azərbaycanlı öz ana dilində təhsil almaq imkanından məhrumdur” –İlham Əliyev

2022.11.11, 13:22
“40 milyon azərbaycanlı öz ana dilində təhsil almaq imkanından məhrumdur” –İlham Əliyev

Gunaz.tv

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

“Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. 

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, – dövlət başçısı qeyd edib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar