SON XƏBƏRLƏR

5-ci “Təbrizim Beynəlxalq Festivalı”nın açılışı olub - GÖRÜNTÜ

2021.10.20, 07:36
5-ci “Təbrizim Beynəlxalq Festivalı”nın açılışı olub  - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizin “El gölü” parkında 5-ci “Təbrizim Beynəlxalq Festivalı”nın açılışı olub.

 

Açılış mərasimində bir çox daxili və xarici qonaq və incəsənət xadimləri iştirak edib.

 

Təbriz Bələdiyyə İdarəsinin İncəsənət-Mədəniyyət Təşkilatı, “Təbriz 2018” layihəsi ilə bağlı bir sıra mərasimlərin keçirildiyi bir vaxtda belə bir tədbirin keçirməsinə qərar verib.

 

Açıq havada küçə tamaşalarının nümayiş etdirildiyi festivalda Türkiyə, Azərbaycan Respublikası, Qazaxıstan, İtaliya, Almaniya, Avstriya (Otriş), Makedoniya, Gürcüstan, İraq və Tacikistan kimi ölkələr də iştirak edib. Xarici ölkələr festivala 12 küçə tamaşası təqdim ediblər.

 

Təbriz Bələdiyyə İdarəsinin açıqlamasına görə, festivalın keçirməsindən məqsəd Təbrizin elmi, tarixi, mədəni, incəsənət və s. kimi potensiallarını tanıtdırmaqdır.

 

Festival aprelin 25-dən 30-dək Təbrizin “El gölü” parkında keçiriləcək.

 

 

 

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar