İran 5 İsrail casusunun saxlanıldığını iddia edib

28.07.2022, 08:54

İran polis qüvvələrinin təhlükəsizlik və kəşfiyyat bölməsi iyulun 28-də yaydığı məlumata görə, İsrailə casusluq etdiyi üçün 5 nəfər saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumatda onların izlənildiyi, telefon danışıqlarının qeydə alındığı və casus olduqlarının müəyyənləşdirildiyi iddia edilir.

"Bu casusluq şəbəkəsinin üzvləri İsrail üçün casusluq keçmişi olan separatçı qruplardan birinin liderinin razılığı ilə "Mossad" casus təşkilatının rəhbəri ilə əlaqə saxlayıblar"-deyə, bildirilir.

Lakin şübhəlilərin  kimliyi və harada, nə vaxt həbs edildikləri barədə məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün bundan öncə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi İranda fəaliyyət göstərən sol meyilli "Komele" təşkilatının bir neçə üzvünün İsrailə casusluq etdikləri üçün saxlanıldıqlarını bildirib.

Adı çəkilən təşkilat iyulun 27-də yaydığı bəyanatda İran hökumətinin iddiasının əsassız olduğunu, bunun İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin uydurması olduğunu deyib.

"Bunlar yalan, anlaşılmaz və əsassız iddialardı və İran hökuməti belə yalan informasiyalar yaymaqla özünün müxtəlif sahələrdə məğlubiyyətlərini ört-basdır etməyə çalışır"-deyə, adı çəkilən təşkilatın bəyanatında qeyd olunub.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Savə şəhərində azərbaycanlı ələvi həbs edilib

2022-12-02

gun az article

Güney Azərbaycanın tanınmış şairi Məftun Əmini dünyasını dəyişib

2022-12-02

gun az article

Zənganlı milli fəal Fərşid Mühaciriyə həbs cəzası verildi

2022-12-02

gun az article

Urmulu milli fəal Meysəm Şirini müvəqqəti azadlığa buraxılıb

2022-12-02

gun az article

“Sözümüz”: “Kürd basqısına məruz qalan Kərkük” - VİDEO

2022-12-02

gun az article

Güney azərbaycanlılar Vaşinqtonda aksiya keçirəcək

2022-12-02

gun az article

“Görüş”də müzakirə: “Milli dövlətçilik zərurəti” və “Etirazlar və rejimin qorxuya düşməsi” -VİDEO

2022-12-01

gun az article

“Özümüz”: “Güney Azərbaycan ücün nə iş görməliyik?” - VİDEO

2022-12-01

gun az article

Azərbaycanlı hüquq müdafiəçisi Ruqəyyə Bəydilli müvəqqəti azadlığa buraxılıb

2022-12-01

gun az article

Ərdəbilli milli fəalın məhkəməsi olub

2022-12-01

gun az article

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

2022-11-30

gun az article

Güneyli xanım fəala həbs cəzası verilib

2022-11-30

gun az article

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə edama məhkum edilib

2022-11-30

gun az article

Məlikanda bir neçə milli fəal müvəqqəti azadlığa buraxılıb

2022-11-30

gun az article

Təbrizin millət vəkili: "Danışmaq istəyəni rəhbərə qarşı olmaqda ittiham edirlər"

2022-11-30

gun az article

Cavid Rəhmanın İranda etirazçıların edam edilməsindən narahatlığını bildirib

2022-11-30

gun az article

İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

2022-11-30

gun az article

Ana dili fəalı Əlirza Fərşi aclıq aksiyası keçirəcək

2022-11-30

gun az article

Urmu zindanında milli fəal Davud Kabalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

2022-11-30