SON XƏBƏRLƏR

92 yaşlı Əhməd Cənnəti yenidən Nəzarət Şurasının katibi seçilib

2021.10.20, 07:36
92 yaşlı Əhməd Cənnəti yenidən Nəzarət Şurasının katibi seçilib

Gunaz.tv

GünAz TV: İranın Konstitusiyaya Nəzarət Şurasının üzvləri Əhməd Cənnətini yenidən qurumun katibi olaraq seçiblər.

 

92 yaşı olan Cənnəti 71 yaşından bu vəzifəni bir növ ömürlük idarə edir.

 

Bu gün keçirilən iclasda həmçinin Abbasəli Kədxudayi növbəti bir il müddətində katibin mavini və qurumun sözçüsü olaraq seçilib.

 

Nəzarət Şurasının nizamnaməsinə əsasən, idarə heyətinin üzvlərinin seçilməsi hər il keçirilir.

 

Digər tərəfdən, iyulun 15-də Əli Xamneyi Sadiq Laricani və Məhəmməd Yəzdini yenidən Şuranın fəqihləri kimi təyin edib. O, həmçinin bu yaxınlarda ölən Məhəmməd Möminin yerinə Əlirza Əğrafini Şuranın fəqihlər şöbəsinə təyin edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar