SON XƏBƏRLƏR

“Vaşinqton heç kimə NATO-nun qapılarını bağlamağa icazə verməyəcək” – ABŞ dövlət katibinin müavini

2022.01.10, 21:43
“Vaşinqton heç kimə NATO-nun qapılarını bağlamağa icazə verməyəcək” – ABŞ dövlət katibinin müavini

Gunaz.tv

Bu sözləri strateji sabitliklə bağlı bu gün Cenevrdə keçirilən ABŞ-Rusiya danışıqlarından sonra Ameika nümayəndə heyətinin rəhbəri Uendi Şerman mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, ABŞ bununla bağlı adı çəkilən digər ölkələrin iştirakı olmadan məsələni müzakirə etməyəcək.

Şerman bildirib ki, ABŞ Rusiya ilə raketlərin yerləşdirilməsi və böyük miqyaslı hərbi təlimlərə qarşılıqlı məhdudiyyətin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırdır.

Bağlı qapılar arasında görüş 7,5 saat çəkib.

Rusiya nümayəndə heyətinə XİN nazir müavini Ryabov və Müdafiə Nazirinin müavini Aleksandr Fomin, ABŞ nümyəndə heyətinə isə dövlət katibinin müavini Uendi Şerman rəhbərlik edib. (aspost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar