SON XƏBƏRLƏR

Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib

2021.12.03, 13:03
Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib

Gunaz.tv

Bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb. Qəzet iddia edib ki, iclasın ruhundan belə anlaşılıb ki, Bakı ilə imzalanacaq növbəti sənəd hazırlanır.

“İclasda, əsasən baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış edərək bəzi məqamlarla bağlı birgə qərarlar qəbul etməli olduqlarını bildiriblər. 

Baş nazir müavini Mher Qriqoryan isə həmin qərarları üçtərəfli komissiyayanın işçi qrupunun yaxın vaxtlarda keçiriləcək iclasında təqdim edəcək”.

Qəzet yazır ki, Bakı ilə imzalanacaq növbəti sənəd müzakirə olunsa da, onun detalları barədə məlumat yoxdur.

"Bundan sonra “məşhur” sənədləri baş nazir Paşinyan yox, ehtimal ki, Mher Qriqoryan və Suren Papikyan imzalayacaq", - deyə  "Joğovurd" qeyd edib.

Xatırladaq ki, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli görüşü keçirlib. Yarımçıq saxlanmış görüşün yazın günlərdə davam etdiriləcəyi bildirilib. (modern.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar