SON XƏBƏRLƏR

Laçına ilk köç başladı

2023.05.27, 15:16
Laçına ilk köç başladı

Gunaz.tv

Laçın Rayon İcra Hakimiyyətindən bildirilib ki, 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşüb.

“Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüşdü. Həmçinin 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarından sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq dekabrın 1-də Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verilib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar