SON XƏBƏRLƏR

Qaşqay fəal Firəngiz Qaşqayi həbs edilib

2022.12.20, 11:08
Qaşqay fəal Firəngiz Qaşqayi həbs edilib

Gunaz.tv

Kərəc şəhərində yaşayan 55 yaşlı qaşqay fəal Firəngiz Qaşqayinin oktyabrın 29-da Kərəc şəhərindəki şəxsi mənzilində həbs edildiyi bildirilir.

Məlumatda qeyd olunan tarixdə 8 kişi və 1 qadın məmurun onun evinə hücum etdiyi, oğlu və qızının gözü qarşısında onu döydükdən sonra qandallayaraq apardıqları qeyd olunur.

Qaşqay fəalın övladları analarına məxsus telefon, komputer və başqa şəxsi əşyaların məmurlar tərəfindən müdariə edildiyini deyirlər.

Hazırda Kərəc şəhərinin Kəçui həbsxanasında saxlanılan Firəngiz Qaşqayın nədə ittiham olunduğu barədə heç bir məlumat verilmir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar