SON XƏBƏRLƏR

İran məmurları qaşqay milli fəalın evinə basqın edib

2023.05.25, 11:51
İran məmurları qaşqay milli fəalın evinə basqın edib

Gunaz.tv

Qaşqayların milli fəallarından olan Əbülfəz Fətullah oğlu Kərəmi İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Bu barədə məlumat ayyan qaşqay fəallar onun mayın 23-də həbs edildiyini bildirirlər.

Məlumata görə görə, təhlükəsizlik məmurları Əbülfəz Kərəminin evinə hücum edib, fəalı həbs etdikdən sonra evdə axtarış aparıb.

Məmurlar ona məxsus şəxsi əşyaları müsadirə edibər.

Qaşqay fəalın hara aparıldığı və nədə ittiham edildiyinə dair açıqlama verilməyib.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayının 3 milyon nəfər olduğu bildirilir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar