SON XƏBƏRLƏR

ABŞ-DA RUSİYAYA ETİRAZ SƏSLƏRİ UCALIR

2021.10.20, 07:36
ABŞ-DA RUSİYAYA ETİRAZ SƏSLƏRİ UCALIR

Gunaz.tv
ABŞ-DA RUSİYAYA ETİRAZ SƏSLƏRİ UCALIR img src="http://www.versiya.az/foto/abs.jpg"> “ABŞ prezidenti Corc Buş Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edir və Cənubi Osetiyada Rusiyanın iştirakı ilə baş verən hərbi münaqişəni izləyir”. Bunu Ağ Evin mətbuat katibi Dana Perina deyib. O, tərəfləri atəşi dərhal dayandırmağa çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Zalmay Xəlilzad isə bildirib ki, Təhlükəsizlik Şurası Rusiya və Gürcüstanı hərbi əməliyyatlara son qoyaraq danışıqlar masası arxasına əyləşməyə səsləməlidir: “Zorakılığı tezliklə dayandırmaq lazımdır. Hazırda əsas məsələ budur”. Z. Xəlilzad deyib ki, Rusiya quru qoşunlarından, təyyarə və raketlərdən istifadə etməklə Gürcüstana qarşı başladığı hücumu dərhal dayandırmalıdır. Respublikaçıların prezidentliyə namizədi Con Makkeyn isə gecikmədən NATO Şurasının təcili iclasını çağırmaq lazım olduğunu söyləyib. Senatorun bəyanatında bildirilir ki, Rusiya dərhal və qeyd-şərtsiz hərbi əməliyyatları dayandırmalı və öz qoşunlarını suveren Gürcüstanın ərazisindən çıxarmalıdır. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar