ABŞ Dövlət Departamenti Kirmanşah zəlzələsində zərər çəkmişlərlə həmdərd olduğunu bildirib

27.11.2018, 10:48

GünAzTV: ABŞ Dövlət Departamenti noyabrın 26-da bəyanat yayaraq İranın Kirmanşah əyalətində baş vermiş güclü zəlzələsində zərər çəkmişlərlə həmdərd olduğunu bildirib.

 

Amerika Dövlət Departamentinin “Twitter” səhifəsində paylaşdığı postda bildirilir ki, Amerika hökuməti və milləti İranda zzəlzələdən zərər çəkmiş əhalinin qəminə şərik çıxır: “Biz, İranın qərbində zəlzələ baş verməsi xəbərindən üzüldük, təəssüfləndik. Biz, bu zəlzələdə xəsarət alanlarla və ziyan çəkmiş əhalinin dərdinə şərikik və bununla da İran milləti ilə həmdərd olduğumuzu bildiririk.

 

Bir daha təkrar edirik ki, Amerikanın İran rejiminə qarşı tətbiq etdiyi sanksiyalar humanitar yardımlara şamil edilmir. Necə ki, hazırda İrana humanitar yardım göndərmək üçün Amerikanın bir neçə qeyri-hökumət təşkilatına rəsmi lisenziya da verilib”.

 

Qeyd edək ki, Amerika hökuməti bundan əvvəl dəfələrlə bildirib ki, Vaşinqtonun İran rejiminə qarşı tətbiq etdiyi sanksiyalar, humanitar yardımlara, o cümlədən də İrana qida, dərman və tibbi avadanlıq göndərilməsinə şamil edilmir.

 

 Xatırladaq ki, noyabrın 25-i yerli vaxtla axşam saat 20:07 radələrində, İranın Kirmanşah əyalətində  Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.  

 

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ, Sərpol Zəhabın 17, Qəsr Şirinin 18, Gilanqərbin isə 33 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində əyalətin bir çox yerlərində sular kəsilib, elektrik xətləri sıradan çıxıb, bir çox evlərdə çatlar və dağıntılar əmələ gəlib. Güclü zəlzələ, İranın Sənəndəc, Həmədan, İlam, Loristan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Ərdəbil və Gilan şəhər və əyalətlərində, eləcə də İraq paytaxtı Bağdadda da hiss olunub.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23