SON XƏBƏRLƏR

ABŞ DÖVLƏT KATİBİNİN MÜŞAVİRİ HESAB EDİR Kİ, AZƏRBAYCANIN ƏN BÖYÜK PROBLEMİ QARABAĞ MÜNAQİŞƏSİDİR

2021.10.20, 07:36
ABŞ DÖVLƏT KATİBİNİN MÜŞAVİRİ HESAB EDİR Kİ, AZƏRBAYCANIN ƏN BÖYÜK PROBLEMİ QARABAĞ MÜNAQİŞƏSİDİR

Gunaz.tv
ABŞ DÖVLƏT KATİBİNİN MÜŞAVİRİ HESAB EDİR Kİ, AZƏRBAYCANIN ƏN BÖYÜK PROBLEMİ QARABAĞ MÜNAQİŞƏSİDİR «Birləşmiş Ştatlar istəyir ki, Cənubi Qafqaz dövlətləri azad, demokratiya və bazara əsaslanan iqtisadiyyat yolu ilə getsin». Bunu dövlət katibinin müşaviri Daniel Frid ABŞ Konqresinin xarici nümayəndələr palatasında dinləmələr zamanı deyib. «Azadlıq» radiosunun məlumatına görə, D.Frid bildirib ki, Rusiyanın və ya hər hansı xarici qüvvənin bu ölkələrə təsir edə biləcəyinə inanmır. O deyib ki, artıq Gürcüstan NATO-ya qoşulmaqla bağlı öz seçimini edib. Azərbaycan isə bu qurumla daha ləng inkişaf yolunu tutub, Amerika Azərbaycanın bu seçiminə hörmət göstərir. Frid ABŞ-ın məqsədlərinin təmin olunmasında iqtisadi və siyasi islahatların əhəmiyyətini vurğulayıb. O, Azərbaycan qarşısında duran ən böyük problemin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib. Dövlət katibinin müşaviri eyni zamanda Azərbaycanla təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb. Frid deyib ki, Azərbaycan ardıcıl olaraq üçüncü ildir ən yüksək iqtisadi artım nümayiş etdirir. Azərbaycanın Avropanın alternativ qaz mənbəyi olduğunu deyən D.Frid bu ölkədə biznes və investisiya sahəsinin mürəkkəb olduğunu və enerji sektorundan başqa sahələrdə hələ çox işin görülməli olduğunu bildirib. O xatırladıb ki, ABŞ hökuməti Azərbaycanı korrupsiyanın qarşısını almaq üçün daha ciddi tədbirlər görməyə çağırıb. Frid mətbuat azadlığına da toxunub, qeyd edib ki, dekabrda 5 jurnalistin əfv olunmasına baxmayaraq hələ 3 jurnalist həbsdədir. O əlavə edib ki, Azərbaycan hökuməti jurnalistlərə qarşı çoxsaylı zorakılıq hallarını ciddi araşdırmayıb. Frid sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasından da narahatlığını bildirib. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə gəlincə, D.Frid ümid etdiyini bildirib ki, oktyabrın 15-i yalnız seçki günü yox, həm də əsaslı demokratiyanın inkişafının nümayişi günü olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar